Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Rusiya və İran ən yüksək səviyyəli təmaslara hazırlıq görür

© Sputnik / POOL / Mediabanka keçid Заместитель руководителя администрации президента, пресс-секретарь президента РФ Дмитрий Песков
 Заместитель руководителя администрации президента, пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Bir qədər bundan əvvəl İran İslam Respublikasının rəsmi hökumət nümayəndəsi Bahadari Cahromi İran Prezidenti Seyid İbrahim Rəisinin 2022-ci ilin əvvəllərində Rusiyaya səfər edəcəyi barədə məlumat verib.
BAKI, 28 dekabr — Sputnik. Rusiya və İran yüksək səviyyəli təmaslara hazırlaşır – bu barədə Rusiya Federasiyası Prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov çərşənbə axşamı günü jurnalistlərə məlumat verib:

"Ən yüksək səviyyədə Rusiya-İran təmaslarına hazırlıq gedir".

Qeyd edək ki, bir qədər bundan əvvəl İran İslam Respublikasının rəsmi hökumət nümayəndəsi Bahadari Cahromi İran Prezidenti Seyid İbrahim Rəisinin 2022-ci ilin əvvəllərində Rusiyaya səfər edəcəyi barədə məlumat vermişdi. Onun sözlərinə görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Suriya məsələsi ilə bağlı Tehranda sammit keçirmək barədə razılıq əldə edib. Bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Asqar Haci Nur-Sultanda Astana formatında keçirilən danışıqlar zamanı açıqlama verib.
XİN rəsmisi görüş barədə razılığın əldə olunduğunu və pandemiya şəraitini nəzərə alaraq görüşün fevral-mart aylarında Tehranda baş tuta biləcəyini açıqlayıb.
İran, Türkiyə və Rusiya liderlərinin görüşündən öncə hər üç ölkə XİN başçısı səviyyəsində toplantı keçirəcək.
"Astana formatında növbəti görüş Rusiya, İran və Türkiyə liderlərinin sammitindən bir neçə həftə sonra baş tuta bilər", - deyə Haci deyib.
Həmçinin oxuyun:
İran Xarici işlər nazirindən Bakıda vacib bəyanatlar
Rusiya, İran və Türkiyə zirvə görüşü keçiriləcək - məqsəd nədir?
İranın nüvə ilə bağlı tarixi nailiyyəti
Xəbər lenti
0