SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayden amerikalıları Brejnev metodu ilə sakitləşdirir

© AP Photo / Patrick SemanskyABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Almaniyanın müdafiə naziri Kristina Lambrext təklif edib ki, sanksiya qismində Rusiya məmurlarına "Parisin Yelisey çöllərində şopinqə getmək" qadağan olunsun.
BAKI, 28 dekabr — Sputnik, Vladimir Kornilov. Rusiyaya qarşı mübarizə üsullarını min bir əziyyətlə seçən Qərb etiraf edir ki, özünə böyük ziyan vurmadan bizə tətbiq edə biləcəyi sanksiyalar arsenalı praktiki olaraq tükənib. Düzdür, növbəti "dəhşətli sanksiyalar" barədə fikirlər hələ də səsləndirilməkdədir. Rusiyanın SWIFT beynəlxalq bank sistemindən kənarlaşdırılması ideyası isə daha tez-tez səsləndirilir. Bununla belə, bütün bu addımların qeyri-effektivliyi ilə bağlı fikirlər də az deyil. Hər bir halda, bizi yeni sanksiyalarla təhdid etdiklərini nəzərə alıb onlara da hazırlıqlı olmağa çalışırıq.
Ekspertlər çox vaxt təəssüf hissi ilə qeyd edirlər ki, sanksiyalar ayrı-ayrı sahələrə və ya biznes sahiblərinə toxunsa da, bütövlükdə Rusiyanın və bu ölkənin vətəndaşlarının həyatına təsir etmir.
Qərb siyasi xadimlərinin son bəyanatlarına əsasən, belə fikir yürütmək olar ki, onlar köhnə arxivlərdən soyuq müharibə dövrünə aid tozlu sənədləri çıxararaq böyük bir coşqunluqla SSRİ-nin zəiflədilməsi və dağılmasının uğur düsturunu yenidən canlandırmağa çalışırlar.
Bu hadisənin 30 illiyi münasibətilə bir sıra məqalələr yazılıb və həmin məqalələrdə qərb "səslərinin" köhnə taktikası yada salınır: "Defisit" sözündə təkid edin, bu ölkədə kütləvi istehlak mallarının daimi çatışmazlığına qarşı ən müxtəlif keyfiyyətli məhsullarla dolub-daşan qərb supermarketlərinin piştaxtalarındakı bolluğu vurğulayın. Vaxtilə işə yarayıb axı. Bəs niyə indi sınaqdan keçirməyək?
Əvvəlcə ABŞ Dövlət Departamentinin təcrübəli "kremlenoloqu" Viktoriya Nuland senatorlara bildirib ki, "ukraynalılar Sverdlovsk və Yekaterinburqda gördüklərindən daha çox Paris və Berlinə bənzəmək istəyirlər".
Amerikanın Rusiya üzrə nüfuzlu mütəxəssisi birdən-birə köhnə Yekaterinburq adını yada salıb. Halbuki bunun elə eyni şəhər - Sverdlovsk olduğunu yaddan çıxarıb və yeri gəlmişkən, bu faktın özü də onun köhnə arxiv sənədlərini öyrəndiyindən xəbər verir.
Sonra Almaniyanın müdafiə naziri Kristina Lambrext təklif etdi ki, sanksiya qismində Rusiya məmurlarına "Parisin Yelisey çöllərində şopinqə getmək" qadağan olunsun. Daha sonra "Reuters" agentliyi belə bir şayiə buraxdı ki, ABŞ digər sanksiyalarla yanaşı, Rusiyaya smartfonların ixracına da qadağa qoymağa hazırlaşır.
Belə bir təəssürat yaranır ki, yenə bizə kütləvi istehlak malları ilə bağlı problemləri sırımaq (bu alınmasa, uydurmaq) və bununla da cəmiyyətdə narazılıq yaratmaq istəyirlər. Şərti şəkildə Sverdlovsku ətirli Paris və Berlinə qarşı qoyaraq belə bir fikir yaratmaq istəyirlər ki, oralara ən böyük arzuların – "Iphone" və "Ipad"in yeni modeli – ardınca yalnız seçilmişlər gedə bilər.
Hər şeydən təəccüblüsü də odur ki, bütün bu bəyanatlar Amerika da daxil olmaqla, Qərb ölkələrinin pərakəndə satış şəbəkələrinin tədarüklə bağlı nəhəng problemlərin artması fonunda səsləndirilir.
ABŞ Prezidenti Co Baydenin xalqa Milad müraciətini ticarət limanını təsvir edən mənzərə fonunda təşkil etməsi və onu mal qıtlığı ilə mübarizəyə həsr etməsi açıq şəkildə bu böhranın səviyyəsini göstərir.
Və bütün bunlar prezidentin işgüzar dairələr və təchizat zəncirində qırılmaların qarşısının alınması üzrə xüsusi bölmənin nümayəndələri ilə görüşü adlandırıldı. Həmin bölmə bu ilin iyununda şəxsən Baydenin göstərişi ilə yaradılıb.
Bayden xoşbəxt təbəssümlə xalqın qarşısında hesabat verdi: çoxlarının proqnozlaşdırdıqları böhran olmadı. Bağlamalar göndərilir, hədiyyələr çatdırılır, piştaxtalar boş deyil".
Yəqin ki, yetmişinci illərin sovet Sverdlovskunda ABŞ prezidentinin Milad bayramı ərəfəsində supermarket piştaxtalarının 90 faiz dolu olmasını özünün əsas nailiyyəti kimi qələmə verəcəyi heç kimin ağlına gəlməzdi. Bəli, Yekaterinburqda da iki-üç il əvvəl bunu proqnozlaşdırmaq çətin idi.
Təəccüblü deyil ki, Qərb mətbuatı get-gedə daha çox öz vətəndaşlarını daim ərzaq qıtlığı yaşayan "sovet evdar xanımları" ilə müqayisə edir. Baydenin özünü isə Leonid Brejnevlə müqayisə edirlər: "Newsmax" telekanalının aparıcısı Qreq Kelli ABŞ prezidentinin Milad təbriki ilə sovet rəhbərinin 1970-ci illərdəki yeni il təbrikləri arasında çoxlu sayda ümumi cəhətlər tapıb.
Bir sıra qərb ölkələrində mağazalarda boş piştaxta böhranı ötən il pandemiya və sərhədlərin bağlanmasının nəticəsi kimi ortaya çıxıb. Əgər 80-ci illərdə amerikalılar sovet vətəndaşlarının piştaxtalardan tualet kağızlarını necə yağmaladıqlarını heyrətlə izləyirdilərsə, biz bir il əvvəl Amerika və Avropada çəkilmiş analoji kadrlara bir o qədər də təəccüblə baxmadıq.
Əvvəl adamları sakitləşdirməyə başladılar ki, bu müvəqqəti haldır və Çin karantindən çıxandan sonra vəziyyət düzələcək. Ancaq bu il bir sıra ölkələr daha ciddi problemlərlə qarşı-qarşıya qaldı. Son bir neçə həftə ərzində britaniyalıların yarıdan çoxu məhsul çatışmazlığı hiss edib. ABŞ-da isə bu rəqəm 50 faiz təşkil edib. Belə görünür ki, onlar Baydenin Amerika mağazalarının piştaxtalarının dolub-daşması ilə bağlı gurultulu hesabatı ilə tanış deyillər.
İndi ekspertlər bir ağızdan ən vacib məhsullarla və ərzaqla bağlı böhranın heç gələn il də qurtarmayacağını deyirlər. Bir sıra analitiklərin fikrincə isə Qərbdə normal, pandemiyadan əvvəlki səviyyədə təchizat yalnız 2024-cü ilin ortalarında bərpa olunacaq. Özü də ABŞ-da məhsul defisitinin hansı metodlarla həll olunduğunu nəzərə almaq lazımdır. Biz iqtisadi liberallardan dəfələrlə eşitmişik ki, "bazar özü hər şeyi tənzimləyəcək".
Ancaq Baydenin tədarük problemləri ilə mübarizə aparacaq qurum yaratması faktı onu göstərir ki, Vaşinqton planlaşdırma və iqtisadiyyatın dövlət tənzimlənməsi elementləri olmadan böhranın öhdəsindən gələ bilmir. Eyni zamanda, Britaniyanın aqrosənaye qrupları öz hökumətlərindən təcili olaraq dövlətin qida təhlükəsizliyini təmin etməsini tələb edirlər. Onların fikrincə, qida sənayesi məhsullarının ən azı 60%-i ölkədə istehsal olunarsa, təhlükəsizliyi təmin etmək olar. Bununla bağlı qərbin sanksiyalarının və Rusiyanın cavab sanksiyalarının "vaxtında", pandemiyadan əvvəl olmasına yalnız sevinmək olar. Bir neçə il ərzində sanksiya təzyiqi şəraitində Rusiya sərt şəkildə aqrosənaye istehsalını artıraraq öz qida təhlükəsizliyini möhkəmləndirdi. Hətta təsəvvür belə etmək istəmirəm ki, əgər ötən il sərhədlər karantin tədbirlərinə görə bağlanmağa başlayanda bizim ərzaq sektoru 2013-cü il səviyyəsində, total şəkildə xarici tədarükdən asılı olsa idi, tədarükçülər şəbəkəsi nə günə düşərdi.
Gəlin əvvəlcə çoxsaylı tənqidə məruz qalmış sanksiyalara cavab tədbirlərini yada salaq. Onda yoxa çıxmış parmezana görə sosial şəbəkədə və radioefirdə necə ağlaşma qoparmışdılar! Aradan 7 il keçdi və "Financial Times"-in Moskva bürosunun şefi Maks Seddon qəzetin Milad nömrəsində etiraf edir: "Putin 2014-cü ildə Qərb məhsullarının çoxunun idxalını qadağan etdikdən sonra Rusiyada ərzaq sahəsi çiçəklənir. "Fermadan masaya" hərəkatı populyarlıq qazanaraq güclənir".
Müəllif bahalı klublarda siqar sümürən və çay içən moskvalı həmsöhbətlərinin ondan "Financial Times"-in mütəmadi olaraq yazdığı Rusiya xüsusi xidmət orqanlarının "şər" əməllərindənsə daha çox “Black Lives Matter” hərəkatı və Qərb üçün ləğv mədəniyyəti barədə soruşduqlarına heyrət edir". Həmin nömrənin baş məqaləsi qərb oxucusunu sakitləşdirir: guya "tədarük zəncirindəki problemlər" İsa Məsihin Beytləhmdə anadan olduğu gündəki qədər ciddi deyil. Elə burada yarızarafat-yarıciddi məktub dərc olunub.
Məktubda Santa Klaus uşaqlardan vaxtında çatdırılmamış Milad hədiyyələrinə görə üzr istəyir — belə görünür ki, heç də qərbdəki bütün uşaqlar "Santa Bayden"in hədiyyə qutularının çatdırılması və paylanması ilə bağlı problemlərə qalib gəldiyinə dair Milad müraciətinə qulaq asmayıblar. Bu fonda qərb siyasətçilərinin ruslara "Yelisey çöllərindəki şoppinqi" qadağan etmək barədə hədələrini və Parisin Sverdlovskla heyrətamiz müqayisəsini eşitmək lap qəribədir.
Əlbəttə, istəsə Qərb ayrı-ayrı məhsulların – məsələn, smartfonların (biz artıq unutmuşuq ki, bir neçə il ərzində Apple-in bütün məhsulları Rusiya bazarında sertifikasiyadan keçməyib və "boz" olaraq qalıb. Bu termini isə amerikalı senatorlara və avropalı müdafiə nazirlərinə çox da tanış deyil) süni defisitini yaradaraq Rusiyaya əlavə çətinliklər yarada bilər. Lakin hətta bu şəraitdə dükan piştaxtalarının müqayisəsi yolu ilə köhnə, SSRİ-nin dağıdılması taktikasının qaytarılması cəhdi işləməyəcək. Bu dəfə müqayisələr heç də həmişə Parisin və yüz faiz Nyu-York və ya Londonun xeyrinə olmayacaq.
Özü də bu vəziyyət uzun sürə bilər. Amerikalıların üçdə ikisi qorxur ki, bundan sonra ən tələb olunan məhsulların tədarük zəncirindəki problemlər, ümumiyyətl,ə heç vaxt bitməyəcək. Və yalnız Co Bayden Leonid Brejnevin medallarını öz yaxasında yoxlayaraq sevinclə ictimaiyyət qarşısında ABŞ-da vəziyyətin kəskin şəkildə yaxşılaşdığını deyəcək. Ən azından, Sverdlovskla və Beytləhm ulduzunun doğulduğu vaxtlarla müqayisədə...

Həmçinin oxuyun:

"Onlar nə danışır?" - Qərb Rusiyaya nə cavab verəcəyini bilmir
NATO liderləri “Rusiya rejimi” ilə Estoniyada tank döyüşünə başlayırlar
Avropa Rusiya ilə mübarizə üçün “Yalan Nazirliyi” yaradır
Xəbər lenti
0