Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan ordusunda yenilik - Komandolar niyə yarandı?

© AR Ministry of DefenceMüdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub
Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Müharibədən sonrakı dövrdə də ordu birliklərinin öz cavabdehlik sahələrində müstəqil fəaliyyət göstərə bilmələri üçün onların tərkibində komando hərbi hissələrinin yaradılmasına zərurət yarandı.
BAKI, 28 dekabr — Sputnik. Dekabrın 24-də Prezident İlham Əliyev Hadrut qəsəbəsinə səfər edib və burada hərbi hissənin açılışında iştirak edib. Ölkə başçısı açılış mərasimində qeyd edib ki, Hadrutdakı hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılmasını Azərbaycan üçün yenilik adlandıran dövlət başçısı ölkədə onların sayının çox olacağının proqnozunu da verib.
Sputnik Azərbaycan komando birliklərinin yaradılmasının əhəmiyyəti ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov və hərbi ekspert Ruslan İmamquliyevin fikirlərini öyrənib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, müharibədən sonrakı dövrdə ordu quruculuğunda geniş təhlillər aparılır: "Bundan sonra ordu quruculuğunun hansı prioritetlər əsasında aparılacağı ilə bağlı təkliflər müəyyənləşdirilir. Onlardan biri də komando hərbi hissələrin yaradılması ilə bağlıdır".
"Azərbaycan ordusunda islahatlar davam edir", - deyən ehtiyatda olan polkovnik qeyd edib ki, bu proses bütün qoşun növlərində həyata keçirilir.
"Ordumuzun Türkiyə ordusu ilə sıx təmasda olması onlara məxsus və bizə uyğun gələn islahatların aparılmasını mümkün edir. Bunlardan bir də komando hərbi hissəsinin yaradılmasıdır. Komando hərbi hissələri, demək olar ki, xüsusi təyinatlı hərbi hissələrdir. Düşünürəm ki, bundan sonra da bu tipli hərbi hissələrin yaradılması davam edəcək".
Şair Ramaldanovun sözlərinə görə, komanda hərbi hissələrinin yaradılması müharibədə qazanılmış qələbədən irəli gələn zərurət kimi ortaya çıxıb: "Bu hərbi hissələr daha çox xüsusi relyef şəraitində fəaliyyət üçün faydalı hesab olunur. O baxımdan komando hərbi hissələrin yaradılması vacib elementdir. Bu hərbi hissələrdə xidmət edənlər əsasən xüsusi təlimlərdən və kurslardan keçərək müqavilə əsasında xidmət edən şəxslər olacaq".
Hərbi ekspert Ruslan İmamquliyev isə deyib ki, komando hərbi hissələrinin yaradılması Vətən müharibəsindən sonra gündəmə gəlmişdi: "Biz komando birliklərindən danışmadan öncə ordu quruculuğumuzun keçmişinə nəzər salmalıyıq. Azərbaycan Ordusunun tərkibindəki xüsusi təyinatlı qüvvələr əsasən dərinliklərdə əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub".
Ekspert bildirib ki, müharibədən sonrakı dövrdə də ordu birliklərinin öz cavabdehlik sahələrində müstəqil fəaliyyət göstərə bilmələri üçün onların tərkibində komando hərbi hissələrinin yaradılmasına zərurət yarandı:
"Bu cür hərbi hissələrin yaradılması sadəcə adını qoymaqla bitmir, ən önəmlisi - onlar üçün təlimlər verə bilməkdir. Komando hərbi hissələri üçün təlimlər verəcək xüsusi hərbi məktəblər isə Türkiyədə mövcuddur və biz onların təcrübələrindən faydalanmaqdayıq. Hal-hazırda Azərbaycan ordusunun çox sayda hərbi qulluqçuları həmin komando məktəblərində təlimlərə cəlb olunurlar və həmin kadrlar bu yeni yaradılan hərbi hissələrin bünövrəsinin təşkil edəcəklər".
Xəbər lenti
0