https://sputnik.az/20211226/azerbaycan-ve-rusiya-prezidentlerinden-onemli-mesajlar--heftelk-cmal-437597212.html
Azərbaycan və Rusiya prezidentlərindən önəmli mesajlar – HƏFTƏLİK İCMAL
Azərbaycan və Rusiya prezidentlərindən önəmli mesajlar – HƏFTƏLİK İCMAL
Sputnik Azərbaycan
Həftənin hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi idi. Dünyanın hər yerindən ona təbrik məktubları ünvanlanmışdı. O özü isə ad gününü... 26.12.2021, Sputnik Azərbaycan
2021-12-26T13:00+0400
2021-12-26T13:00+0400
2021-12-26T13:00+0400
rusiya
təhlil
ermənistan
ərdoğan
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427717320_0:0:1959:1102_1920x0_80_0_0_8ea9962f3ae13e0a19adff80429a1611.jpg
Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.Rusiya aviaşirkətləri Qarabağa uçuş həyata keçirmək üçün icazə alıblarDekabrın 20-i Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi (Rosaviasiya) Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 aviareysin həyata keçirilməsi üçün üç aviaşirkətə icazə verib.İclasın yekunlarına əsasən "Azur Air", "Severniy veter" (Şimal küləyi), "İrAero" aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirməyə icazə verilib."Rosaviasiya"nın qərarına əsasən "İrAero" şirkəti hər birinə həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reysləri həyata keçirəcək.Bundan əlavə, "Azur Air" şirkəti Rusiyanın dörd şəhərindən - Samara, Rostov, Krasnodar və Kazan - Bakıya aviareyslər həyata keçirmək imkanı əldə edib. Bu reyslər də həftədə iki dəfə həyata keçiriləcək."Severniy veter" şirkəti isə həftədə 7 dəfə Soçi-Bakı aviareysini həyata keçirməyə icazə alıb.Həmçinin, agentliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, icazələrin verilməsi haqqında qərar göstərilən beynəlxalq marşrutlar üzrə reyslərin bərpası üçün əsas deyil. Aviaşirkət verilən icazədən uçuşların bərpa olunmasından sonra istifadə edə biləcək.Putin 2021-ci ildə nə qədər terror aktının qarşısının alındığını açıqlayıbDekabrın 20-i bu ilin 11 ayı ərzində Rusiyada 61 terror cinayətinin, o cümlədən 32 terror aktının qarşısı alınıb, terrorizmlə mübarizədə daha da səmərəli fəaliyyətin davam etdirilməsi vacibdir. Bu barədə Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanların işçilərini təbrik etdiyi video müraciətində bildirib.Putin xatırladıb ki, bu gün çətin beynəlxalq vəziyyət, müasir çağırış və risklərin xarakteri və miqyası xüsusi xidmət orqanlarının işinə artan tələblər qoyur."İlk növbədə, sizin əsas, prioritet vəzifənizin həllində: terrorizmə qarşı sərt və güzəştsiz mübarizə aparmaqdır. Son illər ərzində bu çətin, son dərəcə məsuliyyətli sahədə əhəmiyyətli uğurlar və ümumilikdə müsbət dinamika var", - deyə prezident qeyd edib.Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladıDekabrın 21-i Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında avtomobil yolu açıla bilər."Ermənistan Fars körfəzindən Şimal dənizinə qədər olan beynəlxalq marşruta xüsusi önəm verir. Qeyd etmək istəyirəm ki, hazırda iki layihənin müzakirəsi gedir: Biz Ermənistan-Gürcüstan sərhədini İranla birləşdirəcək Şimal-Cənub yolunu qururuq. Eyni zamanda, əgər biz Azərbaycanla avtomobil yolunun yenidən bərpasına dair razılığa gələ bilsək, layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub-Şərq-Qərb marşrutuna çevriləcək", - deyə Paşinyan qeyd edib.Onun sözlərinə görə, İlham Əliyevlə müvafiq olaraq Vladimir Putinin və Şarl Mişelin vasitəçiliyi ilə Soçi və Brüsseldə keçirilən görüşlər zamanı Ermənistan və Azərbaycan dəmiryolu xəttinin açılması barədə razılığa gəlinib: "Biz dəmiryolu xəttinin bərpası haqqında Azərbaycan Prezidenti İlham Əliyevlə prinsipial razılaşma əldə etdik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpasından gedir və ümid edirik ki, işləri 2-3 il ərzində yekunlaşdıracağıq".Putin Qarabağda olan Rusiya sülhməramlılarından danışdıDekabrın 21-i Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı bildirib ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb."Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.Qriqoryan Bakı və Ankaraya gəlməyə hazır olduqlarını deyirDekabrın 22-i Ermənistanın İctimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib ki, Erməni tərəfi Cənubi Qafqaz üzrə "3+3" regional məşvərət platformasının görüşləri Türkiyə və Azərbaycanda keçirilərsə, oraya getməyə və bu ölkələrin nümayəndələrini Yerevanda qəbul etməyə hazırdır."Əgər səbəb olarsa, biz regional problemlərin müzakirələrinin təşkili üçün getməyə və bu ölkələri öz evimizdə qəbul etməyə hazırıq", - Qriqoryan "3+3" platforması və Yerevan nümayəndələrinin bu format çərçivəsində Ankara, hətta Bakıya səfər ehtimalını, Ermənistandan görüşlərin təşkilini şərh edərkən deyib.Putinin böyük mətbuat konfransıDekabrınn 23-ü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında bəyan edib ki, Ukraynada dövlət çevrilişinə kimi Krımın Rusiyaya ilhaq olunacağı heç kimin ağlına gəlməzdi.Rusiya Prezidenti qeyd edib ki, onu da qeyd edib ki, Ukraynada üçüncü hərbi əməliyyatın hazırlandığı barədə təəssürat yaranır. Rusiyanı isə əvvəlcədən xəbərdar edirlər ki, müdaxilə etməsin."İndi bizə deyirlər: "Müharibə, müharibə, müharibə..". Belə bir təəssürat yaranır ki, üçüncü hərbi əməliyyata hazırlıq gedir və bizə əvvəlcədən xəbərdarlıq olunur: "Müdaxilə etməyin, bu insanları müdafiə etməyin. Əgər müdaxilə və müdafiə etsəniz, ardınca hansısa yeni sanksiyalar gələcək", - deyə RF prezidenti bildirib.Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurubDekabrın 24-ü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün yubileyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.Bundan öncə V.Putin İ.Əliyevə təbrik teleqramı göndərmişdi."Yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji partnyorluğunun bundan sonra da inkişafı naminə sıx birgə işin davam etdirilməsinə, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə şad olacam", - teleqramda deyilir.RF rəhbəri vurğulayıb ki, Əliyev həmvətənləri arasında beynəlxalq arenada hətta ən mürəkkəb situasiyalarda belə sanballı, uzaqgörən qərar verməyə qadir, müdrik və təcrübəli dövlət xadimi kimi böyük nüfuza sahibdir.Putin qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə uğurlar qazanıb.Ərdoğan İlham Əliyevə zəng vurubDekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.Dövlət başçısı: "Biz heç vaxt imkan verə bilmərik ki, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsınPrezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib ki, bu gün Ermənistan ordusu yoxdur: "Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi"Mariya Zaxarovadan növbəti "3+3" açıqlamasıDekabrın 23-ü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Cənubi Qafqazda "3+3" formatının bütün iştirakçıları Gürcüstanın da bu platformada iştirakında maraqlı olduqlarını bildiriblər.O, bildirib ki, Gürcüstanın bu formatda iştirakı üçün qapı həmişə açıqdır: "Bildiyiniz kimi, dekabrın 10-da "3+3" formatının ilk iclası keçirildi. Həmin iclasda da bütün iştirakçılar Gürcüstanı burada görməkdən məmnun olacaqlarını ifadə etdilər".Rusiyada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilibDekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Qarabağ müharibəsi başa çatandan bu yana ilk dəfə görüş keçirilib. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.Analoji görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.Paşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jestErmənistanın Baş naziri Nikol Paşinyan mediaya onlayn müsahibəsində deyib ki, əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq."Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı", - Paşinyan bildirib.O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır:"Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin özünün imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etdilər ki, onun da bəndlərindən biri hərtərəfli sülh nizamlanması məsələsi idi. Bəli, biz bunda maraqlıyıq."
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427717320_68:0:1791:1292_1920x0_80_0_0_f89c2c7e76f78158dba95ec6b3e83375.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin və əliyevdən rəqiblərə mühüm mesajlar
putin və əliyevdən rəqiblərə mühüm mesajlar
Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Rusiya aviaşirkətləri Qarabağa uçuş həyata keçirmək üçün icazə alıblar
Dekabrın 20-i Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi (Rosaviasiya) Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 aviareysin həyata keçirilməsi üçün üç aviaşirkətə icazə verib.
İclasın yekunlarına əsasən "Azur Air", "Severniy veter" (Şimal küləyi), "İrAero" aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirməyə icazə verilib.
"Rosaviasiya"nın qərarına əsasən "İrAero" şirkəti hər birinə həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reysləri həyata keçirəcək.
Bundan əlavə, "Azur Air" şirkəti Rusiyanın dörd şəhərindən - Samara, Rostov, Krasnodar və Kazan - Bakıya aviareyslər həyata keçirmək imkanı əldə edib. Bu reyslər də həftədə iki dəfə həyata keçiriləcək.
"Severniy veter" şirkəti isə həftədə 7 dəfə Soçi-Bakı aviareysini həyata keçirməyə icazə alıb.
Həmçinin, agentliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, icazələrin verilməsi haqqında qərar göstərilən beynəlxalq marşrutlar üzrə reyslərin bərpası üçün əsas deyil. Aviaşirkət verilən icazədən uçuşların bərpa olunmasından sonra istifadə edə biləcək.
Putin 2021-ci ildə nə qədər terror aktının qarşısının alındığını açıqlayıb
Dekabrın 20-i bu ilin 11 ayı ərzində Rusiyada 61 terror cinayətinin, o cümlədən 32 terror aktının qarşısı alınıb, terrorizmlə mübarizədə daha da səmərəli fəaliyyətin davam etdirilməsi vacibdir. Bu barədə Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanların işçilərini təbrik etdiyi video müraciətində bildirib.
Putin xatırladıb ki, bu gün çətin beynəlxalq vəziyyət, müasir çağırış və risklərin xarakteri və miqyası xüsusi xidmət orqanlarının işinə artan tələblər qoyur.
"İlk növbədə, sizin əsas, prioritet vəzifənizin həllində: terrorizmə qarşı sərt və güzəştsiz mübarizə aparmaqdır. Son illər ərzində bu çətin, son dərəcə məsuliyyətli sahədə əhəmiyyətli uğurlar və ümumilikdə müsbət dinamika var", - deyə prezident qeyd edib.
Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Dekabrın 21-i Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında avtomobil yolu açıla bilər.
"Ermənistan Fars körfəzindən Şimal dənizinə qədər olan beynəlxalq marşruta xüsusi önəm verir. Qeyd etmək istəyirəm ki, hazırda iki layihənin müzakirəsi gedir: Biz Ermənistan-Gürcüstan sərhədini İranla birləşdirəcək Şimal-Cənub yolunu qururuq. Eyni zamanda, əgər biz Azərbaycanla avtomobil yolunun yenidən bərpasına dair razılığa gələ bilsək, layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub-Şərq-Qərb marşrutuna çevriləcək", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, İlham Əliyevlə müvafiq olaraq Vladimir Putinin və Şarl Mişelin vasitəçiliyi ilə Soçi və Brüsseldə keçirilən görüşlər zamanı Ermənistan və Azərbaycan dəmiryolu xəttinin açılması barədə razılığa gəlinib: "Biz dəmiryolu xəttinin bərpası haqqında Azərbaycan Prezidenti İlham Əliyevlə prinsipial razılaşma əldə etdik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpasından gedir və ümid edirik ki, işləri 2-3 il ərzində yekunlaşdıracağıq".
Putin Qarabağda olan Rusiya sülhməramlılarından danışdı
Dekabrın 21-i Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı bildirib ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb.
"Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.
Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.
Qriqoryan Bakı və Ankaraya gəlməyə hazır olduqlarını deyir
Dekabrın 22-i Ermənistanın İctimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib ki, Erməni tərəfi Cənubi Qafqaz üzrə "3+3" regional məşvərət platformasının görüşləri Türkiyə və Azərbaycanda keçirilərsə, oraya getməyə və bu ölkələrin nümayəndələrini Yerevanda qəbul etməyə hazırdır.
"Əgər səbəb olarsa, biz regional problemlərin müzakirələrinin təşkili üçün getməyə və bu ölkələri öz evimizdə qəbul etməyə hazırıq", - Qriqoryan "3+3" platforması və Yerevan nümayəndələrinin bu format çərçivəsində Ankara, hətta Bakıya səfər ehtimalını, Ermənistandan görüşlərin təşkilini şərh edərkən deyib.
Putinin böyük mətbuat konfransı
Dekabrınn 23-ü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün keçirdiyi böyük mətbuat konfransında bəyan edib ki, Ukraynada dövlət çevrilişinə kimi Krımın Rusiyaya ilhaq olunacağı heç kimin ağlına gəlməzdi.
Rusiya Prezidenti qeyd edib ki, onu da qeyd edib ki, Ukraynada üçüncü hərbi əməliyyatın hazırlandığı barədə təəssürat yaranır. Rusiyanı isə əvvəlcədən xəbərdar edirlər ki, müdaxilə etməsin.
"İndi bizə deyirlər: "Müharibə, müharibə, müharibə..". Belə bir təəssürat yaranır ki, üçüncü hərbi əməliyyata hazırlıq gedir və bizə əvvəlcədən xəbərdarlıq olunur: "Müdaxilə etməyin, bu insanları müdafiə etməyin. Əgər müdaxilə və müdafiə etsəniz, ardınca hansısa yeni sanksiyalar gələcək", - deyə RF prezidenti bildirib.
Vladimir Putin Azərbaycan Prezidentinə zəng vurub
Dekabrın 24-ü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün yubileyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bundan öncə V.Putin İ.Əliyevə təbrik teleqramı göndərmişdi.
"Yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji partnyorluğunun bundan sonra da inkişafı naminə sıx birgə işin davam etdirilməsinə, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə şad olacam", - teleqramda deyilir.
RF rəhbəri vurğulayıb ki, Əliyev həmvətənləri arasında beynəlxalq arenada hətta ən mürəkkəb situasiyalarda belə sanballı, uzaqgörən qərar verməyə qadir, müdrik və təcrübəli dövlət xadimi kimi böyük nüfuza sahibdir.
Putin qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə uğurlar qazanıb.
Ərdoğan İlham Əliyevə zəng vurub
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Dövlət başçısı: "Biz heç vaxt imkan verə bilmərik ki, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın
Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib ki, bu gün Ermənistan ordusu yoxdur: "Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi"
Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması
Dekabrın 23-ü Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Cənubi Qafqazda "3+3" formatının bütün iştirakçıları Gürcüstanın da bu platformada iştirakında maraqlı olduqlarını bildiriblər.
O, bildirib ki, Gürcüstanın bu formatda iştirakı üçün qapı həmişə açıqdır: "Bildiyiniz kimi, dekabrın 10-da "3+3" formatının ilk iclası keçirildi. Həmin iclasda da bütün iştirakçılar Gürcüstanı burada görməkdən məmnun olacaqlarını ifadə etdilər".
Rusiyada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib
Dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Qarabağ müharibəsi başa çatandan bu yana ilk dəfə görüş keçirilib. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib.
Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.
Analoji görüşün gələn ilin əvvəlində də keçirilməsinə dair razılıq əldə edilib.
Paşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jest
Ermənistanın Baş naziri Nikol Paşinyan mediaya onlayn müsahibəsində deyib ki, əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq.
"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı", - Paşinyan bildirib.
O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır:
"Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin özünün imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etdilər ki, onun da bəndlərindən biri hərtərəfli sülh nizamlanması məsələsi idi. Bəli, biz bunda maraqlıyıq."