DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İŞİD üzvü olan və Türkiyədə həbs edilən azərbaycanlı qadın terror aktı törədib?

© pixabay / Daniel_B_photosHakim çəkici
Hakim çəkici - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.
BAKI, 25 dekabr - Sputnik. Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub. Onların arasında azərbaycanlı da var.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.
Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil ediliblər.
Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros Abdülkerim Balcı da var.
“Əmlaka həbs qoyulması haqqında” qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin (“Niaqara”) əmlakına həbs qoyulub.
Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.
Onun İŞİD üzvü kimi hər hansı terror aktının törədilməsində, silahlı qarşıdurmada iştirak edib-etmədiyi hələlik məlum deyil.
Xəbər lenti
0