NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti ilə bağlı gözlənilən xəbər

© REUTERS / Agustin MarcarianNeft
Neft - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
ABŞ-da 10-17 dekabr tarixlərində neft ehtiyatlarının həcmi ekspertlərin gözlədiyi 2,8 milyon barelə qarşı 4,7 milyon barel azalıb.
BAKI, 24 dekabr — Sputnik. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,79 ABŞ dolları, yəni, 2,3% artıb.
Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 79,24 ABŞ dolları olub.
Xatırladaq ki, ötən gün "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,62 ABŞ dolları, yaxud 2,14 % artıb və bir barrel üçün 77,45 ABŞ dolları təşkil edib.
Dekabrın 22-də verilən rəsmi açıqlamaya görə, ABŞ-da 10-17 dekabr tarixlərində neft ehtiyatlarının həcmi ekspertlərin gözlədiyi 2,8 milyon barelə qarşı 4,7 milyon barel azalıb. Bu müddət ərzində gündəlik neft hasilatı da 100 min barel azalaraq 11,6 milyon barelədək geriləyib.
Xəbər lenti
0