SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Azərbaycan respublikasının 2022-ci il dövlət büdcəsini təsdiq etdi

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib və onun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman verib.
BAKI, 23 dekabr - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təsdiq edilib.
Bundan başqa Prezident “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə də fərman verib.
Qeyd edək ki, gələn il Azərbaycanın dövlət büdcəsindən ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üçün 286,3 milyon manat vəsait ayrılacaq.
Bu məsələ "2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 0,2% çoxdur.
Həmin vəsaitin 249 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə, 15,5 milyon manatı meşə təsərrüfatına, 11 milyon manatı hidrometeorologiyaya, 8,2 milyon manatı bioloji zənginliyin qorunmasına, 1,4 milyon manatı balıqçılıq və ovçuluğa, 1,2 milyon manatı isə digər xərclərə yönəldiləcək.
Azərbaycanda dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5 milyard 947 milyon manat vəsait ayrılacaq. İqtisadi fəaliyyət xərcləri ilkin variantla müqayisədə 0,25% çoxdur.
Sənədə əsasən, bunun 4 milyard 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 milyard 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.
Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 233 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.
Gələn il Azərbaycanda Məqsədli Büdcə Fondlarına dövlət büdcəsindən 310 milyon manat vəsait ayrılacaq. Həmin vəsait bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,9% çoxdur.
Eləcə də oxuyun:
* Büdcənin bəzi bəndlərindəki xərclərin artırılması təklif olunur: SİYAHI
* Millət vəkilləri son dəfə büdcəyə nəzər yetirəcəklər
* Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır
* Dünyada qıtlıq yaranacaq: "Yaxın 5 ildə yerli məhsulların istehsalını artırmaq lazımdır"
* Gələn ildən istehlakçılara qaytarılan ƏDV məbləğləri artırılacaq
* DSMF-nin gələn ilki büdcəsi qəbul edilib
Xəbər lenti
0