NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşıb

© REUTERS / Dado RuvicNeft
Neft - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Koronavirus pandemiyası ilə bağlı tələbata dair şübhələrin üstün gəlməsi neftin qiymətinə təsir edib.
BAKI, 21 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,46 ABŞ dolları və ya 4,6% azalaraq 72,04 dollar təşkil edib.

Neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,85 dollar bahalaşaraq 72,37 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 2,63 dollar ucuzlaşaraq 68,23 dollar olub.
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı tələbata dair şübhələrin üstün gəlməsi neftin qiymətinə təsir edib. Pandemiya ilə bağlı məhdudiyyətlərin neft tələbatına mənfi təsir göstərəcəyi deyilir.

Azərbaycanda gündəlik 588,9 min barel xam neft hasil edilib

2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.
OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.
Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.
Xəbər lenti
0