CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İl ərzində əlillik təyinatı verilən adamların sayı açıqlandı

© AFP 2024 / THOMAS COEXFiziki məhdudiyyətli insanlar, arxiv şəkli
Fiziki məhdudiyyətli insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
BAKI, 15 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çox olmaqla 54 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 16500-ü ilkin, qalanı təkrar təyinatlardır.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.
Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70%-ə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə artıb. Təqaüdün maksimum məbləği isə 54% artıb. Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55% artaraq, 1 milyard 611 milyon manata çatıb.
Xatırladaq ki, bir müddət öncə, "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə görə, "Əlilliyin qiymətləndirilməsi Qaydası"na yeni bənd əlavə edilib.
Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi - cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək.
Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.
Xəbər lenti
0