https://sputnik.az/20211214/pasinyan-bas-nazir-postundan-getmek-isteyir-437237416.html
Paşinyan Baş nazir postundan getmək istəyir
Paşinyan Baş nazir postundan getmək istəyir
Sputnik Azərbaycan
Onun tapşırığı ilə bu məsələ ilə bağlı yalnız vəkillərlə deyil, həm də hökumətyönlü siyasi qüvvələr və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar... 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T15:10+0400
2021-12-14T15:10+0400
2021-12-14T15:38+0400
nikol paşinyan
dünya xəbərləri
parlament
ermənistan
prezident
https://cdnn1.img.sputnik.az/img/07e4/07/18/424517864_0:0:3028:1703_1920x0_80_0_0_73b8d97560b0d252100a44c150afa4e5.jpg
BAKI, 14 dekabr — Sputnik. Nikol Paşinyan artıq Baş nazir yox, prezident olmaq istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Past" nəşri öz mənbələrinə istinadən xəbər verir."Nikol Paşinyan Konstitusiyaya dəyişikliklərin hazırlanması üçün yeni komissiya yaratmaq barədə qərar verib. Onun tapşırığı ilə bu məsələ ilə bağlı yalnız vəkillərlə deyil, həm də hökumətyönlü siyasi qüvvələr və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır. Prezident seçkilərinin 2022-ci ilin sonuna kimi keçirilə bilməsi üçün əvvəlki komissiyanın təklifləri də nəzərə alınmaqla ən qısa zamanda dəyişikliklər layihəsinin hazırlanması vəzifəsi qoyulub", - deyə məlumatda bildirilib.Qeyd edək ki, 2015-ci ilin dekabrın 6-sı Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Rəsmi nəticələrə əsasən, seçkilərdə seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib. Referendumda səs verənlərin 63,35 faizi Konstitusiya islahatı layihəsinin lehinə səs verib. Bundan sonra, Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/18/424517864_217:0:2948:2048_1920x0_80_0_0_834dda24e9cbaaa976bc4dc20749953a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, parlament, ermənistan, prezident
nikol paşinyan, parlament, ermənistan, prezident
Paşinyan Baş nazir postundan getmək istəyir
15:10 14.12.2021 (Yenilənib: 15:38 14.12.2021) Onun tapşırığı ilə bu məsələ ilə bağlı yalnız vəkillərlə deyil, həm də hökumətyönlü siyasi qüvvələr və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır.
BAKI, 14 dekabr — Sputnik. Nikol Paşinyan artıq Baş nazir yox, prezident olmaq istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Past" nəşri öz mənbələrinə istinadən xəbər verir.
"Nikol Paşinyan Konstitusiyaya dəyişikliklərin hazırlanması üçün yeni komissiya yaratmaq barədə qərar verib. Onun tapşırığı ilə bu məsələ ilə bağlı yalnız vəkillərlə deyil, həm də hökumətyönlü siyasi qüvvələr və ictimai sektorun nümayəndələri ilə intensiv danışıqlar aparılır. Prezident seçkilərinin 2022-ci ilin sonuna kimi keçirilə bilməsi üçün əvvəlki komissiyanın təklifləri də nəzərə alınmaqla ən qısa zamanda dəyişikliklər layihəsinin hazırlanması vəzifəsi qoyulub", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2015-ci ilin dekabrın 6-sı Ermənistanda Konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Rəsmi nəticələrə əsasən, seçkilərdə seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib. Referendumda səs verənlərin 63,35 faizi Konstitusiya islahatı layihəsinin lehinə səs verib. Bundan sonra, Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçib.