CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azəriqaz ilə Azəristiliktəchizat arasında 20 milyonluq borc bizi soyuqda qoya bilər

© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası qarşısında lövhə, arxiv şəkli
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
E.Vəliyev bildirib ki, "Azəristiliktəchizat" ASC-yə borcu ödəmək üçün verilən tarix son tarixdir. Bundan sonra ilin axırı olduğundan, bəzi xərclərin bağlanılması zərurəti yarandığından verilən möhlət uzadılmayacaq.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Azəristiliktəchizat" ASC-yə borclarını ödəmək üçün dekabrın 15-dək vaxt verib.
Ötən gün media qarşısına çıxan "Azəriqaz"ın Baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, "Azəristiliktəchizat" ASC-nin onlara 20 milyon manat borcu var. Qurum rəsmisi onu da əlavə edib ki, bu ilin 11 ayında "Azəriqaz" İB "Azərkontrakt" ASC-dən alınan təbii qaza görə 575,35 milyon manat ödəniş edib:

"Bu qurumdan alınan qazın dəyəri 100% ödənilib. Baxmayaraq ki, "Azəristiliktəchizat" ASC-nin bizə borcu yaranıb, biz "Azərkontrakt" qarşısında ödəmələrimizi vaxtı-vaxtında etməyi özümüzə borc bilirik". Onun sözlərinə görə, ayın 15-dən borclu qazanxanalar üzrə qaz verilişi dayandırılacaq".

Qeyd edək ki, dövlət tərəfindən "Azəristiliktəchizat"a borcu qaytarmaq üçün 12 milyon manat ayrılıb. Lakin onların "Azəriqaz"a olan borcu 20 milyon manat təşkil edir. "Azəriqaz" İB-nin "Azəristiliktəchizat" ASC-yə borcu ödəmək üçün verdiyi möhlət isə başa çatmaq üzrədir. Bəs görəsən, iki qurum arasında yaranmış borc problemi abonentləri qışın oğlan çağında soyuqda qoymayacaq ki?
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Azəriqaz" İB hələ istilik mövsümü başlamamış "Azəristiliktəchizat" ASC-yə borcu ödəməklə bağlı xəbərdarlıq edib:
"Həmin vaxt "Azəristiliktəchizat" ASC bizdən borcu ödəmək üçün bir həftə vaxt istədi. Biz həmin möhləti versək də, qurum bizdən borcu ödəmək üçün bir qədər artıq, dekabrın 15-dək möhlət istədi. "Azəriqaz" İB debitor borcu ödəmək üçün borclu quruma dekabrın 15-dək vaxt verməklə razılaşdı. Artıq biz növbəti dəfə onlara xəbərdarlıq etmişik ki, dekabrın 15-dək verilən möhlət qüvvədədir, həmin öhdəlik yerinə yetirilməzsə, qazın verilişi dayandırılacaq. Biz güman edirik ki, buna ehtiyac qalmayacaq, qurum üzərinə götürdüyü müddətə öhdəliyini yerinə yetirəcək ki, vətəndaşlar əziyyət çəkməsinlər".
Kalkulyator və otaq qızdırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
CƏMİYYƏT
İki qurum arasında milyonluq borc davası: Cəzasını soyuqda qalan vətəndaş çəkir
E.Vəliyev bildirib ki, "Azəriqaz" İB-nin "Azəristiliktəchizat" ASC-yə borc tələbi 34 milyon manatın üzərindədir: "Lakin qarşı tərəf bunun 14 milyon manatını mübahisəli rəqəm kimi qiymətləndirir. 20 milyon 300 min civarında borc var. Bu məbləğ ödənilməlidir".
Qurum sözçüsü bildirib ki, "Azəriqaz" İB qazı topdan satışdan "Azərkontrakt" Səhmdar Cəmiyyətindən alır: ""Azərkontrakt" Səhmdar Cəmiyyətinə isə aldığımız mavi yanacağın dəyərini tam şəkildə ödəyirik. Biz də əhali və qeyri-əhalidən borcları yığmalıyıq ki, istehlak olunan mavi yanacağın pulunu vaxtı-vaxtında ödəyə bilək".
E.Vəliyev bildirib ki, "Azəristiliktəchizat" ASC-yə borcu ödəmək üçün verilən tarix son tarixdir. Bundan sonra ilin axırı olduğundan, bəzi xərclərin bağlanılması zərurəti yarandığından, verilən möhlət uzadılmayacaq. "Azəristiliktəchizat" ASC tərəfindən borc ödənilməyəcəyi təqdirdə biz məcbur olacağıq ki, dekabrın 15-də qazanxanalara qazın verilişini dayandıraq".
"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum borcunun 12 milyonunu ödəyib. Yerdə ödənilməmiş qalan məbləğ 5 milyon manatdır".
R.Əliyev həmçinin qeyd edib ki, hazırda mübahisəli borcla bağlı araşdırma aparılır: "Bizim qurum, "Azəriqaz" İB və Enerji Məsələlərini Tənzimləmə Agentliyi mübahisəli borcla bağlı işçi qrup araşdırma aparır. Yazılan borcla bağlı uyğunsuzluq var. Bu borcların haradan əmələ gəlməsi ilə bağlı birlikdə araşdırma aparılır. Noyabrın 15-də R.Əliyev mətbuata açıqlamasında bizim onlara 20 milyon manat borcumuzun olduğunu bildirmişdi. Ondan sonra borcun bir hissəsi ödənilərək 17 milyon manata düşdü. Ən son bizim tərəfimizdən 12 milyon manat ödənildi. Bizim onlara olan borcumuz hazırda 5 milyon manatdır".
Kalkulyator və otaq qızdırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
CƏMİYYƏT
İki qurum arasında milyonluq borc davası: Cəzasını soyuqda qalan vətəndaş çəkir
Şöbə müdiri onu da əlavə edib ki, "Azəriqaz" İstehsalat Birliyinə olan borcu əvvəlki illərdən qalan borc deyil: "Qazanxanalar istisu rejimində işlədiyindən bu borclar hər ay yaranır. Bizim əvvəlki illərdən borcumuz yoxdur. Borcların hamısı cari borclardır. Borcların ödənilməsi istiqamətində də "Azəristiliktəchizat" tərəfindən bütün zəruri tədbirlər görülür ki, qazın verilişi dayandırılmasın".
Qeyd edək ki, bu ilin noyabrın 15-dən "Azəriqaz" İB ilə "Azəristiliktəchizat" ASC arasında borc qalmaqalı yaranıb. Xatırladaq ki, keçən mövsüm də noyabrın 16-da "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında yaranan borc qalmaqalına görə paytaxtın əksər ərazilərində abonentlər istiliksiz qalmışdı. Sumqayıt, Nərimanov ərazilərində istilik mövsümünə keçid baş tutmamışdı. Məlum olmuşdu ki, qazanxanalara mavi yanacağın verilməsi məhz "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu üzündən dayandırılıb.
Xəbər lenti
0