Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dörd yüzə yaxın şəxs Avropadan Azərbaycana qaytarıldı

© AFP 2023 / SAKIS MITROLIDISMiqrant
Miqrant - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib ki, bu il ərzində 389 şəxs ölkəyə readmissiya olunub.
BAKI, 8 dekabr — Sputnik. Bu il Avropa ölkələrindən Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il ərzində 389 şəxs ölkəyə readmissiya olunub.
O qeyd edib ki, həmin şəxslər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə qaytarılıb.
Xatırladaq ki, 25 noyabrda açıqlanan məlumata görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Həmçinin oxuyun:
Almaniyaya mövsümi işçi kimi gedən azərbaycanlılar geri qayıtmayıblar
Almaniyadan Azərbaycana deportasiya edilən miqrantları gətirəcək təyyarədə problem yaşanıb
Xəbər lenti
0