https://sputnik.az/20211207/yanacaga-qatqi-qatan-ydm-lar-hansilardir-yoxlamani-aparan-qurumdan-resmi-aciqlama-437013405.html
Yanacağa qatqı qatan YDM-lar hansılardır? Yoxlamanı aparan qurumdan rəsmi açıqlama
Yanacağa qatqı qatan YDM-lar hansılardır? Yoxlamanı aparan qurumdan rəsmi açıqlama
Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb... 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T09:30+0400
2021-12-07T09:30+0400
2021-12-07T09:57+0400
benzin
cəmiyyət
socar
yanacaqdoldurma məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/42089/15/420891579_0:0:2832:1594_1920x0_80_0_0_bba3c011a9b1db7c0cac6e58750e7c2e.jpg
BAKI, 7 noyabr — Sputnik. Sürücülər daim yanacaqdoldurma məntəqələrinin satdığı benzinin keyfiyyətindən narazılıq etsələr də, hələki ölkəmizdə hər hansı yanacaqdoldurma məntəqəsinin ((YDM) adı keyfiyyətsiz yanacaq satmaqda hallanmayıb. Amma bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə açıqlamasında YDM-nin məntəqələrinin keyfiyyətsiz yanacaq satdığını təsdiq edib. Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, YDM-də aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.SOCAR sözçüsünün bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada da keyfiyyətsiz yanacaq satan YDM-nin yanacaqdoldurma məntəqələrinin adlarının ictimaiyyətə açıqlanması tələb olunur.Benzinə qatqı qatan YDM-lar hansılardır?İ. Əhmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, SOCAR yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət etmir: "Bizə verilən məlumata görə, bəzi YDM-lərdə satılan yanacağın keyfiyyətində, istehsal etdiyimiz məhsuldan fərqli olaraq kənarlaşmalar qeydə alınıb. Amma yoxlamanın təfərrüatlarını bizə açıqlamırlar. Sadəcə təxmin etmək olar ki, bu yanacağın saxlama şəraitinə görə ola bilər".İ. Əhmədov bildirir ki, yanacaq vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylanılır, lakin hər bir YDM şəbəkəsində yanacağın saxlanma şəraiti və s. ilə bağlı bizim məlumat yoxdur. SOCAR-ın yanacaqdoldurma məntəqələrində isə yanacağın keyfiyyəti məhz SOCAR-ın təşəbbüsü ilə mütəmadi yoxlanılır: " Yəni SOCAR Petroleum istismar etdiyi YDM-lərdə yanacağın keyfiyyətinin hər ay yoxlanılması üçün Dövlət Xidmətinə müvafiq rüsum ödəyir, çünki özü də bunu təsbit etməkdə maraqlıdır. Sözügedən yoxlama digər YDM-lərdə aparılıb, çünki SOCAR-da satılan yanacağın keyfiyyəti onsuz da SOCAR-ın təşəbbüsü və təkidi ilə mütəmadi olaraq, hər ay yoxlanılır".Həm cibimizə girirlər, həm də...Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, YDM-lər yanacağa qatqılar əlavə etməklə həm cibimizə girir, həmçinin də ekologiyaya ziyan vururlar: "Sürücülər YDM-də avtomobilə yanacağı doldurub evə gəlir, sürməmiş görür ki, dünənki şkala aşağı düşüb. Yaxud da yanacaq vuranda şkala yanacaq çəninin dolu olduğunu göstərsə də, az keçmir aşağı düşür. Məlum olur ki, yanacağa qatılan qatqılar benzinin keyfiyyətini dəyişir və nəticədə mühərrikdə alışma daha sürətli gedir. Bu səbəbdən də benzin tez qurtarır".E. Muradlı bildirib ki, yanacağa müxtəlif qatqılar qatdıqdan sonra "oktan" qaldıran maddələr də əlavə edir. Bu isə yanacağın tərkibini dəyişir.Çənləri təmizləmək onlara sərf etmirEkspert bildirir ki, YDM-lər yanacaq saxlanılan çənləri vaxtı-vaxtında təmizləməlidirlər. Amma bu YDM-lərin gəlirinə təsir etdiyi üçün onlar çənləri təmizləmirlər: "YDM-lər benzinin saxanma qaydalarına əməl etmirlər. YDM-lər çəni yumaq üçün bir neçə gün təmizləmə işləri aparmalıdırlar. Bunun üçün yanacaq çəni boşaldılmalı, bir neçə gün boş saxlanılmalıdır ki, onun içində təmizlik işi aparıla bilsin. Bu da YDM-lərin gəlirinə təsir göstərir. Ona görə də çəndə olan çöküntü təmizlənmir".Ekspert deyir ki, YDM-lər keyfiyyətsiz yanacağa qatqı əlavə etməklə həm yanacağın həcmini azaldır, həmçinin də avtomobili sıradan çıxardırlar: "YDM-lər bizim cibimizə ikiqat ziyan vururlar. Onlar həm yanacaq satanda yanacağın həcmində bizi aldadır, həmçinin də keyfiyyətsiz yanacaq satmaqla avtomobilin hissələrinin tez sıradan çıxamasına səbəb olurlar. Onların bu əməli cinayətdir. Hüquq mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməldirlər".Sürücülər nəyi bilməlidirlər?Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycana əsasən yüksək keyfiyyətli Aİ 95 markalı benzin xaricdən idxal olunur. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşür. Aİ -92 markalı benzin isə ölkəmizdə istehsla olunur. Ekspert deyir ki, yanacağın keyfiyyətindən sürücülər də narazıdır:Ekspert bildirir ki, satılan yanacağın keyfiyyəti daim diqqətdə saxlanılmalıdır.Hər həftə şikayət varAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçılardan AİB-ə YDM-lərlə bağlı hər həftə bir neçə şikayət daxil olur. Əsas şikayətlər isə yanacağın həcminin az vurulması və keyfiyyətinin aşağı olması ilə bağlıdır. E. Hüseynov deyir ki, hazırda Azərbaycanda yanacağın tərkibinin yoxlanılması üçün özəl laboratoriyalar yoxdur: "Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunu ancaq dövlət ekspertizasından keçirdərək öyrənə bilər. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var. Amma məhkəmələr xarici ölkələrdə, həmçinin özəl laboratoriyalarda aparılan yoxlamanın nəticəsini hüquqi sənəd kimi qəbul etmir".Dövlət Xidməti SOCAR rəsmisinin sözünü təkzib edirİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Neft-Qaz və Neft-Kimya məhsullarının sınaq laboratoriyası tərəfindən “SOCAR-Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sınaqların aparılması üçün yanacaq nümunələri götürülür. Sınaqlar, ГОСТ 2517-2012 "Нефть и нефтепродукты. Методы отбора проб" dövlətlərarası standartın 4.4-cü bəndinin tələblərinə uyğun müntəzəm olaraq dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqlarından nümünələri götürülməklə, AZS 376-2009 "Dizel yanacağı. Texniki şərtlər", AZS 059-2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər", AZS 388-2011 "Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər" dövlət standartlarının tələblərinə uyğun yanacaqların keyfiyyətinin yoxlanılması üçün aparılır.Cari il ərzində “SOCAR-Petroleum” QSC-yə məxsus müxtəlif yanacaqdoldurma məntəqələrindən dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqları üzrə götürülən nümunələrdə hər hansı nöqsan və qatqı aşkar edilməyib.Qurumdan həmçinin sorğumuza verilən cavabda qeyd olunub ki, yanacağın saxlanılmasına, keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edən altı dövlət standartı və digər normativ aktlar mövcuddur:1. AZS 059-2001 «Etilsiz avtomobil benzinləri. Texniki şərtlər.»2. AZS 072-2001 «İlkin emal benzini. Texniki şərtlər.»3. AZS 388-2011 «Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər.»4. AZS 376-2009 «Dizel yanacağı. Texniki şərtlər.»5. AZS 380-2011 «Dizel yanacağı. Texniki şərtlər.»6. AZS 381-2011 «Avro dizel yanacağı. Texniki şərtlər.» dir.Sürücülər sınadıqları YDM-a üstünlük verirQeyd edək ki, dövlət qurumu rəsmi sorğumuza verdiyi cavabda yoxlamalar zamanı nöqsanların aşkarlanmadığını bildirsə də, sürücülər bunun əksini söyləyirlər. Hətta sürücülər daha keyfiyyətli yanacaq almaq üçün bəzən uzaq məsafə qət edirlər.Sürücü Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda fəaliyyət göstərən YDM-lardan iki adda YDM-nın yanacağı qismən keyfiyyətlidir: Sürücü bildirir ki, yanacağın keyfiyyətini avtomobilin işləməsindən bilir: "Çöküntüsü çox olan yanacaq vurduqda avtomobil yaxşı işləmir. Ona görə sınadığım uzaq olsa da, YDM-a gedirəm ki, keyfiyyətli benzin alım".36 YDM-nın adı niyə ictimaiyyətə açıqlanmır?Xatırladaq ki, bu ilin fevral ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq avtomobil yanacağının keyfiyyətində problemlər aşkarlanıb. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib: "Tərəfimizdən aparılan monitorinqlərə əsasən, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb. Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində (YDM) müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Yeni standart hazırlanır. Bu standarta yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Hazırda yeni standart razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi nəzarətin gücləndirilməsinə səbəb olacaq".Həmçinin oxuyun:NEZ-də "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaqSOCAR-ın yanacaqdoldurma məntəqəsi Gorus-Qafan yolundaAzərbaycanda hibrid avtomobillərə tələbat artır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42089/15/420891579_101:0:2832:2048_1920x0_80_0_0_9199ce2d07e9de038de909b9868b638c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
benzin, socar, yanacaqdoldurma məntəqəsi
benzin, socar, yanacaqdoldurma məntəqəsi
Yanacağa qatqı qatan YDM-lar hansılardır? Yoxlamanı aparan qurumdan rəsmi açıqlama
09:30 07.12.2021 (Yenilənib: 09:57 07.12.2021) Hüquq-mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməldirlər.
BAKI, 7 noyabr — Sputnik. Sürücülər daim yanacaqdoldurma məntəqələrinin satdığı benzinin keyfiyyətindən narazılıq etsələr də, hələki ölkəmizdə hər hansı yanacaqdoldurma məntəqəsinin ((YDM) adı keyfiyyətsiz yanacaq satmaqda hallanmayıb.
Amma bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə açıqlamasında YDM-nin məntəqələrinin keyfiyyətsiz yanacaq satdığını təsdiq edib. Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, YDM-də aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.
"Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir".
SOCAR sözçüsünün bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada da keyfiyyətsiz yanacaq satan YDM-nin yanacaqdoldurma məntəqələrinin adlarının ictimaiyyətə açıqlanması tələb olunur.
Benzinə qatqı qatan YDM-lar hansılardır?
İ. Əhmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, SOCAR yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət etmir: "Bizə verilən məlumata görə, bəzi YDM-lərdə satılan yanacağın keyfiyyətində, istehsal etdiyimiz məhsuldan fərqli olaraq kənarlaşmalar qeydə alınıb. Amma yoxlamanın təfərrüatlarını bizə açıqlamırlar. Sadəcə təxmin etmək olar ki, bu yanacağın saxlama şəraitinə görə ola bilər".
İ. Əhmədov bildirir ki, yanacaq vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylanılır, lakin hər bir YDM şəbəkəsində yanacağın saxlanma şəraiti və s. ilə bağlı bizim məlumat yoxdur. SOCAR-ın yanacaqdoldurma məntəqələrində isə yanacağın keyfiyyəti məhz SOCAR-ın təşəbbüsü ilə mütəmadi yoxlanılır: " Yəni SOCAR Petroleum istismar etdiyi YDM-lərdə yanacağın keyfiyyətinin hər ay yoxlanılması üçün Dövlət Xidmətinə müvafiq rüsum ödəyir, çünki özü də bunu təsbit etməkdə maraqlıdır. Sözügedən yoxlama digər YDM-lərdə aparılıb, çünki SOCAR-da satılan yanacağın keyfiyyəti onsuz da SOCAR-ın təşəbbüsü və təkidi ilə mütəmadi olaraq, hər ay yoxlanılır".
Həm cibimizə girirlər, həm də...
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, YDM-lər yanacağa qatqılar əlavə etməklə həm cibimizə girir, həmçinin də ekologiyaya ziyan vururlar: "Sürücülər YDM-də avtomobilə yanacağı doldurub evə gəlir, sürməmiş görür ki, dünənki şkala aşağı düşüb. Yaxud da yanacaq vuranda şkala yanacaq çəninin dolu olduğunu göstərsə də, az keçmir aşağı düşür. Məlum olur ki, yanacağa qatılan qatqılar benzinin keyfiyyətini dəyişir və nəticədə mühərrikdə alışma daha sürətli gedir. Bu səbəbdən də benzin tez qurtarır".
E. Muradlı bildirib ki, yanacağa müxtəlif qatqılar qatdıqdan sonra "oktan" qaldıran maddələr də əlavə edir. Bu isə yanacağın tərkibini dəyişir.
Çənləri təmizləmək onlara sərf etmir
Ekspert bildirir ki, YDM-lər yanacaq saxlanılan çənləri vaxtı-vaxtında təmizləməlidirlər. Amma bu YDM-lərin gəlirinə təsir etdiyi üçün onlar çənləri təmizləmirlər: "YDM-lər benzinin saxanma qaydalarına əməl etmirlər. YDM-lər çəni yumaq üçün bir neçə gün təmizləmə işləri aparmalıdırlar. Bunun üçün yanacaq çəni boşaldılmalı, bir neçə gün boş saxlanılmalıdır ki, onun içində təmizlik işi aparıla bilsin. Bu da YDM-lərin gəlirinə təsir göstərir. Ona görə də çəndə olan çöküntü təmizlənmir".
Ekspert deyir ki, YDM-lər keyfiyyətsiz yanacağa qatqı əlavə etməklə həm yanacağın həcmini azaldır, həmçinin də avtomobili sıradan çıxardırlar: "YDM-lər bizim cibimizə ikiqat ziyan vururlar. Onlar həm yanacaq satanda yanacağın həcmində bizi aldadır, həmçinin də keyfiyyətsiz yanacaq satmaqla avtomobilin hissələrinin tez sıradan çıxamasına səbəb olurlar. Onların bu əməli cinayətdir. Hüquq mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməldirlər".
Sürücülər nəyi bilməlidirlər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycana əsasən yüksək keyfiyyətli Aİ 95 markalı benzin xaricdən idxal olunur. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşür. Aİ -92 markalı benzin isə ölkəmizdə istehsla olunur.
Ekspert deyir ki, yanacağın keyfiyyətindən sürücülər də narazıdır:
"SOCAR sözçüsünün açıqlaması isə sürücülərin haqlı olduğunu təsdiqləyir. Ona görə də benzinin standartını ölçən, həmin şirkətlərdə yoxlama aparan dövlət qurumları nəticəni ictimaiyyətə açıqlamalıdırlar. Sürücülər də bilməlidir ki, yanacağa hansı qatqılar qatılır,bunu hansı YDM-lar edir. Çünki, keyfiyyətsiz yanacaq səbəbindən avtomobillər nasaz vəziyyətə düşüb qəza şəraiti yaradır".
Ekspert bildirir ki, satılan yanacağın keyfiyyəti daim diqqətdə saxlanılmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçılardan AİB-ə YDM-lərlə bağlı hər həftə bir neçə şikayət daxil olur. Əsas şikayətlər isə yanacağın həcminin az vurulması və keyfiyyətinin aşağı olması ilə bağlıdır. E. Hüseynov deyir ki, hazırda Azərbaycanda yanacağın tərkibinin yoxlanılması üçün özəl laboratoriyalar yoxdur: "Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunu ancaq dövlət ekspertizasından keçirdərək öyrənə bilər. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var. Amma məhkəmələr xarici ölkələrdə, həmçinin özəl laboratoriyalarda aparılan yoxlamanın nəticəsini hüquqi sənəd kimi qəbul etmir".
Dövlət Xidməti SOCAR rəsmisinin sözünü təkzib edir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Neft-Qaz və Neft-Kimya məhsullarının sınaq laboratoriyası tərəfindən “SOCAR-Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sınaqların aparılması üçün yanacaq nümunələri götürülür. Sınaqlar, ГОСТ 2517-2012 "Нефть и нефтепродукты. Методы отбора проб" dövlətlərarası standartın 4.4-cü bəndinin tələblərinə uyğun müntəzəm olaraq dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqlarından nümünələri götürülməklə, AZS 376-2009 "Dizel yanacağı. Texniki şərtlər", AZS 059-2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər", AZS 388-2011 "Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər" dövlət standartlarının tələblərinə uyğun yanacaqların keyfiyyətinin yoxlanılması üçün aparılır.
Cari il ərzində “SOCAR-Petroleum” QSC-yə məxsus müxtəlif yanacaqdoldurma məntəqələrindən dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqları üzrə götürülən nümunələrdə hər hansı nöqsan və qatqı aşkar edilməyib.
Qurumdan həmçinin sorğumuza verilən cavabda qeyd olunub ki, yanacağın saxlanılmasına, keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edən altı dövlət standartı və digər normativ aktlar mövcuddur:
1. AZS 059-2001 «Etilsiz avtomobil benzinləri. Texniki şərtlər.»
2. AZS 072-2001 «İlkin emal benzini. Texniki şərtlər.»
3. AZS 388-2011 «Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər.»
4. AZS 376-2009 «Dizel yanacağı. Texniki şərtlər.»
5. AZS 380-2011 «Dizel yanacağı. Texniki şərtlər.»
6. AZS 381-2011 «Avro dizel yanacağı. Texniki şərtlər.» dir.
Sürücülər sınadıqları YDM-a üstünlük verir
Qeyd edək ki, dövlət qurumu rəsmi sorğumuza verdiyi cavabda yoxlamalar zamanı nöqsanların aşkarlanmadığını bildirsə də, sürücülər bunun əksini söyləyirlər. Hətta sürücülər daha keyfiyyətli yanacaq almaq üçün bəzən uzaq məsafə qət edirlər.
Sürücü Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda fəaliyyət göstərən YDM-lardan iki adda YDM-nın yanacağı qismən keyfiyyətlidir:
"Mən avtomobilimə yanacaq vurmaq üçün yaxında yerləşən və yolumun üstündəki YDM-nı yox, keyfiyyətli yanacaq satanı seçirəm. Bakıda iki YDM nisbətən daha keyfiyyətli yanacaq satır. Elə YDM-lar var ki, nəinki yanacağı keyfiyyətsizdir, həcmdə də aldadır. Ona görə məcbur olub sınadığım YDM-a gedirəm".
Sürücü bildirir ki, yanacağın keyfiyyətini avtomobilin işləməsindən bilir: "Çöküntüsü çox olan yanacaq vurduqda avtomobil yaxşı işləmir. Ona görə sınadığım uzaq olsa da, YDM-a gedirəm ki, keyfiyyətli benzin alım".
36 YDM-nın adı niyə ictimaiyyətə açıqlanmır?
Xatırladaq ki, bu ilin fevral ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq avtomobil yanacağının keyfiyyətində problemlər aşkarlanıb. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib:
"Tərəfimizdən aparılan monitorinqlərə əsasən, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb. Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində (YDM) müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Yeni standart hazırlanır. Bu standarta yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Hazırda yeni standart razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi nəzarətin gücləndirilməsinə səbəb olacaq".