Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda zəlzələ olub

© Depositphotos.com / Sudok1Сейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Yeraltı təkanlar yerli vaxtla 07:38-də Zaqatala stansiyasından 16 km şimal-şərqdə Zaqatala ərazisində qeydə alınıb.
BAKI, 7 dekabr — Sputnik. Azərbaycanda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 07:38-də Zaqatala stansiyasından 16 km şimal-şərqdə Zaqatala ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələ 3,5 maqnitudada baş verib.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, ölkəmizdə bir il ərzində orta hesabla 4 minə kimi zəlzələlər qeydə alınır.    Noyabrın 27-də yerli vaxtla saat 03:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,4 km, dərinliyi isə 62 km olub. Noyabrın 20-də də Pirquludan 20 km cənubda, Şamaxı ərazisində 4.5 və 5.1 maqnitudalı iki zəlzələ qeydə alınıb. Təkanlar 3-5 bal gücündə hiss olunub.
Həmçinin oxuyun:
Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir
Xəbər lenti
0