SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyəli qonaq İlham Əliyevə qeyri-adi hədiyyə verib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub.
BAKI, 2 dekabr — Sputnik. Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.
Xəbər lenti
0