SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev: "Qarabağda apardığımız işlərlə dünyaya sülh nümayiş etdiririk"

© Sputnik / Kemale AliyevaBakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Müharibə olduqda, sülhün olmaması fonunda mədəniyyəti çox düşünmək olmur, çünki qaçqınlar, yoxsulluq fonunda mədəniyyət sonda qalır.
BAKI, 2 dekabr — Sputnik. Azərbaycan 30 ilə yaxın sülh üçün mübarizə aparıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
Prezidentin köməkçisi bildirib ki, hazırda sülhə bağlı çoxlu şüar səsləndirilir: "Azərbaycan istəyirdi ki, ədalətli sülh olsun. Azərbaycan mədəniyyəti və cəmiyyəti 30 il ərazində ədalətsizliklə üzləşmişdi".
H.Hacıyev qeyd edib ki, Azərbaycan artıq Şuşanın, Qarabağın yenidən qurulmasına başlayıb: "Şuşanın yenidən qurulması üçün işlər görürük. Biz Qarabağda apardığımız işlərlə dünyaya yenə də sülh nümayiş etdiririk. Müharibə olduqda, sülhün olmaması fonunda mədəniyyəti çox düşünmək olmur, çünki qaçqınlar, yoxsulluq fonunda mədəniyyət sonda qalır. Amma indi mədəniyyətsiz sülh olmayacaq".
Həmçinin oxuyun:
Prezidentin köməkçisi Soçi görüşü barədə: Azərbaycan tərəfindən müsbət qiymətləndirilir
Hikmət Hacıyev: "Sülh konsepsiyasının Cənubi Qafqazın hüdudlarından çıxmasını istəyirik"
Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal
Xəbər lenti
0