CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava şəraitinə görə Bakıdan Naxçıvana iki reys gecikir

© Photo : AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək
BAKI, 30 noyabr — Sputnik. Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı AZAL yayıb.
Bildirilir ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək: "Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar".
Xəbər lenti
0