Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Soçi görüşündən nə gözlədiyini bəyan etdi

© Sputnik / Алексей Куденко / Mediabanka keçidЗдание Министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве
Здание Министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, Moskvanın gözləntisi regionda çoxdan gözlənilən sülh və sabitliyin daha tez bərqərar olmasıdır.
BAKI, 26 noyabr — Sputnik. Rusiya tərəfi gözləyir ki, Soçi görüşündə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Rusiyanın gözləntisi regionda çoxdan gözlənilən sülh və sabitliyin daha tez bərqərar olmasıdır:
"Görüş bütövlükdə 10 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır.
Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri perspektivli istiqamətləri açıqlayacaqlar. Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. Bunlar həm də nəqliyyat kommunikasiyalarının bloklanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir".
Həmçinin oxuyun:
Putinin iştirakı ilə kritik görüş: Əliyev və Paşinyan Soçiyə gediblər
Soçidə İlham Əliyevlə Vladimir Putin arasında görüş başlayıb
Xəbər lenti
0