https://sputnik.az/20211126/rayonlarda-ev-ve-torpaq-satanlara-sad-xeber-436699653.html
Rayonlarda ev və torpaq satanlara şad xəbər
Rayonlarda ev və torpaq satanlara şad xəbər
Sputnik Azərbaycan
Verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilir. Regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış... 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T17:15+0400
2021-11-26T17:15+0400
2021-11-26T17:15+0400
torpaq
iqtisadiyyat
vergi
rayon
vergi məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087942_0:160:3073:1888_1920x0_80_0_0_992ed3658c1b9684418100a2f2ce8145.jpg
BAKI, 26 noyabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərdən biri də fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılmasıdır.Sputnik Azərbaycan xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.O bildirib ki, dəyişikliyə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilir: "Bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq".Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087942_170:0:2901:2048_1920x0_80_0_0_dd888d9975578758201d79e220c1cb77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
torpaq, vergi, rayon, vergi məcəlləsi
torpaq, vergi, rayon, vergi məcəlləsi
Rayonlarda ev və torpaq satanlara şad xəbər
Verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilir. Regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq.
BAKI, 26 noyabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərdən biri də fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.
O bildirib ki, dəyişikliyə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilir: "Bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq".
Qeyd edək ki, bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edib.
Xatırladaq ki, dəyişikliklər Milli Məclisin iclasında ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.