Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin İlham Əliyevlə görüşdən əvvəl Şoyqu ilə danışıb

© Sputnik / Mihail Klimentev / Mediabanka keçid Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il. - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Soçidə təkbətək görüş olub.
BAKI, 26 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan olan həmkarı İlham Əliyevlə görüş zamanı bildirib ki, görüşdən əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidməti (FTX) rəhbəri Aleksandr Bortnikov və Baş nazirin müavinlərindən biri ilə görüşüb.

"Mən indi öz həmkarımla danışdım. Sizin də yaxşı tanıdığınız, iqtisadiyyat, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı problemlərlə məşğul olan Rusiya Baş nazirinin müavini ilə. Müdafiə naziri, nizamlanma işinə əhəmiyyətli töhfə verən sərhəd xidmətinin tabe olduğu FTX direktoru ilə danışdım", - deyə Putin bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Soçidə təkbətək görüş olub.
Rusiya sülhməramlılarından danışan Putin bildirib ki, Qarabağdakı kontingent sülhyaratmada müsbət rol oynayır. Lakin təəssüflər olsun ki, regionda insidentlər baş verməkdə davam edir:
"Qarabağda nizamlanma, insanların dinc yaşaması üçün şəraitin yaranması üçün bu gün toplaşmışıq".
Həmçinin oxuyun:
Soçidə görüş: Putin Əliyevə rus dilinə verdiyi dəstəyə görə təşəkkür etdi
Xəbər lenti
0