Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Qadınlara qarşı zorakılıqla mübarizə: problem necə həll olunur

© Sputnik / Tabyildyi KadyirbekovQadınlara qarşı zorakılıq
Qadınlara qarşı zorakılıq - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Mütəxəssislər Azərbaycanda zorakılıqla mübarizə çərçivəsində görülən işləri qənaətbəxş hesab etsələr də, bununla bağlı bir sıra tənqidi qeydlər də var.
BMT noyabrın 25-ni Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Ekspertlər qeyd edirlər ki, ailədə qadınlara qarşı zorakılıq coğrafi sərhədlərdən, yaş qruplarından və irqi mənsubiyyətdən asılı olmayaraq getdikcə genişlənən, ailə münasibətləri və sosial təbəqələrin bütün tiplərinə təsir edən hadisədir.
Ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri "Azərbaycanda 2020-2023-cü illər üçün məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilir. Mütəxəssislər ümumilikdə bu fəaliyyət planı çərçivəsində görülən işləri qənaətbəxş hesab etsələr də, bununla bağlı bir sıra tənqidi qeydlər də var.
Azərbaycanda qadına qarşı zorakılıqla mübarizənin necə aparılması və keçirilən tədbirlərin səmərəliyinin artırılması yolları barədə noyabrın 25-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransı zamanı "Təmiz Dünya" Qadınlara və Uşaqlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva öz fikirlərini bölüşəcəklər.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0