DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Putindən sonra Lukaşenkoya da zəng etdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidЛукашенко Пашинян
Лукашенко Пашинян - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Ermənistanın Baş naziri Belarus prezidentini Ermənistan – Azərbaycan sərhədində vəziyyət və onun inkişaf imkanları yolları barədə məlumatlandırıb.
BAKI, 22 noyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Belarus Prezidentinin mətbuat xidməti yayıb.
Məlumata əsasən hər iki lider bir-birilərini Belarus və Ermənistandakı vəziyyət barədə məlumatlandırıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində problemli məsələləri müzakirə edib.
Qeyd olunur ki, Ermənistanın Baş naziri Belarus prezidentini Ermənistan – Azərbaycan sərhədində vəziyyət və onun inkişaf imkanları yolları barədə məlumatlandırıb.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ermənistanın baş naziri Rusiyaya Qarabağdakı vəziyyətin nizamlanmasında fəal vasitəçilik səylərinə görə təşəkkür edib.

"2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.

Həmçinin oxuyun:
Putin və Paşinyan arasında növbəti telefon danışığı olub
Xəbər lenti
0