https://sputnik.az/20211120/erzaq-sebetimiz-bir-olke-sakinine-dusen-orta-ayliq-xerc-ne-qeder-artib-436478942.html
Ərzaq səbətimiz: Bir ölkə sakininə düşən orta aylıq xərc nə qədər artıb?
Ərzaq səbətimiz: Bir ölkə sakininə düşən orta aylıq xərc nə qədər artıb?
Sputnik Azərbaycan
Bu ilin 10 ayında alıcıların xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının alınmasına gedib 20.11.2021, Sputnik Azərbaycan
2021-11-20T09:30+0400
2021-11-20T09:30+0400
2021-11-20T09:30+0400
xərc
iqtisadiyyat
ərzaq
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123034_0:36:3072:1764_1920x0_80_0_0_fa58f017cee9b1725b9b8b8f2b3d5e07.jpg
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda bir ölkə sakininə düşən orta aylıq xərc artıb. Bu ilin 10 ayında bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq mallar alıb. Bunun 185,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 158 manatı isə qeyri-ərzaq mallarına xərclənib. Ötən ilin müvafiq dövründə bu rəqəm 317,4 manat idi. Beləliklə, ötən ilin 10 ayı ilə müqayisədə bir ölkə sakininə düşən orta aylıq xərc 26 manat 40 qəpik artıb.İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, xərclərin tərkibində ərzağa xərclənən hissə kifayət qədər artıb: "İnflyasiyanın, qiymətlərin yüksəlməsi xərcləri artırır. Xərclərin artması fonunda da real gəlirlər azalır. Nominal olaraq gəlirlərin artımını Statistika Komitəsi bəyan edir, amma inflyasiyanı nəzərə alsaq, real gəlirlər də azalır. Xərc əsasən ərzaq və dərman preparatları istiqamətində gedir"."Gələn il xərclərin artması inflyasiyadan asılı olacaq. İnflyasiya artan xətlə gedir. Ən azından gələn ilin birinci rübünün sonunadək inflyasiya artan xətlə gedəcək. İnflyasiya artdıqca xərclər də artacaq", - deyə o əlavə edib.Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.2020-ci ildə isə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq mallar alıb. Bunun 181,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 154,4 manatı isə qeyri-ərzaq mallarına xərclənib.Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123034_189:0:2920:2048_1920x0_80_0_0_b172ec758ab33e35a38ef8827ceb42e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xərc, ərzaq, dövlət statistika komitəsi
xərc, ərzaq, dövlət statistika komitəsi
Ərzaq səbətimiz: Bir ölkə sakininə düşən orta aylıq xərc nə qədər artıb?
Bu ilin 10 ayında alıcıların xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının alınmasına gedib
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda bir ölkə sakininə düşən orta aylıq xərc artıb. Bu ilin 10 ayında bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq mallar alıb. Bunun 185,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 158 manatı isə qeyri-ərzaq mallarına xərclənib. Ötən ilin müvafiq dövründə bu rəqəm 317,4 manat idi. Beləliklə, ötən ilin 10 ayı ilə müqayisədə bir ölkə sakininə düşən orta aylıq xərc 26 manat 40 qəpik artıb.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, xərclərin tərkibində ərzağa xərclənən hissə kifayət qədər artıb: "İnflyasiyanın, qiymətlərin yüksəlməsi xərcləri artırır. Xərclərin artması fonunda da real gəlirlər azalır. Nominal olaraq gəlirlərin artımını Statistika Komitəsi bəyan edir, amma inflyasiyanı nəzərə alsaq, real gəlirlər də azalır. Xərc əsasən ərzaq və dərman preparatları istiqamətində gedir".
"Gələn il xərclərin artması inflyasiyadan asılı olacaq. İnflyasiya artan xətlə gedir. Ən azından gələn ilin birinci rübünün sonunadək inflyasiya artan xətlə gedəcək. İnflyasiya artdıqca xərclər də artacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ildə isə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq mallar alıb. Bunun 181,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 154,4 manatı isə qeyri-ərzaq mallarına xərclənib.
Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.