https://sputnik.az/20211118/bir-heftelik-mohlet-verilib---heftesonu-istilik-verilmesi-dayana-biler-436451822.html
Bir həftəlik möhlət verilib - Həftəsonu istilik verilməsi dayana bilər
Bir həftəlik möhlət verilib - Həftəsonu istilik verilməsi dayana bilər
Sputnik Azərbaycan
Qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacağıq. Bütün bunların da məsuliyyəti qarşı... 18.11.2021, Sputnik Azərbaycan
2021-11-18T17:14+0400
2021-11-18T17:14+0400
2021-11-18T17:14+0400
"azəriqaz"
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/01/10/425975978_0:0:1200:676_1920x0_80_0_0_5debb8b0e7727f48be672f9af5f44614.jpg
BAKI, 18 noyabr — Sputnik. "Azəristiliktəchizat"ın qaza görə borcu açıqlanıb.Bu günə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 34,3 milyon manat borcu var. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.Onun sözlərinə görə, qarşı tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu bildirir: "Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur. İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb. Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman "Azəristiliktəchizat" deyəcək ki, "Azəriqaz" İB qaz vermir".E.Vəliyev bildirir ki, nəticədə də "Azəriqaz" İB qınaq obyektinə çevriləcək. Qurum rəsmisi qeyd edir ki, yekun olaraq "Azəristiliktəchizat"la noyabrın 14-də danışıqda belə razılıq əldə olundu ki, ayın 15-də "Azəriqaz" İB qazanxanalara qaz verəcək: "Amma bir şərtlə ki, bir həftə müddətinə sözügedən borc ödənilməlidir. Qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacağıq. Bütün bunların da məsuliyyəti qarşı tərəfin boynunda olacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/10/425975978_106:0:1173:800_1920x0_80_0_0_45498aa0b0a1149bd3b840c8883fa8f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azəriqaz"
Bir həftəlik möhlət verilib - Həftəsonu istilik verilməsi dayana bilər
Qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacağıq. Bütün bunların da məsuliyyəti qarşı tərəfin boynunda olacaq.
BAKI, 18 noyabr — Sputnik. "Azəristiliktəchizat"ın qaza görə borcu açıqlanıb.
Bu günə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 34,3 milyon manat borcu var. Bu barədə
Sputnik Azərbaycan-a "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Eldəniz Vəliyev məlumat verib.
Onun sözlərinə görə, qarşı tərəf bu məbləğin bir hissəsini qəbul etmir, borcun deyiləndən 14 milyon manat az - 20,3 milyon manat olduğunu bildirir: "Onların bizə dəfələrlə borcu yaranıb. Hər il qış aylarına yaxın bu barədə mübahisələr yaranır. Bu dəfə məbləğ daha böyükdür və cari ilin borcudur. İstehsalat Birliyi istilik mövsümü başlamazdan bir neçə gün əvvəl bu məsələni ictimailəşdirməyə başlayıb. Çünki sabah qazanxanalara borca görə və haqlı olaraq qaz verilməyəndə insanlar istiliyin niyə olmamasının səbəbini soruşacaqlar. Bu zaman "Azəristiliktəchizat" deyəcək ki, "Azəriqaz" İB qaz vermir".
E.Vəliyev bildirir ki, nəticədə də "Azəriqaz" İB qınaq obyektinə çevriləcək.
"Biz mavi yanacağı "Azərkontrakt" ASC-dən alırıq. Satdığımız qazın pulunu yığmalıyıq ki, onların da pulunu tam ödəyək və nəticədə növbəti il üçün də qaz ala bilək. Hər qurumun müəyyən qədər borcunun olması böyük bir məbləğ edir. Biz bu borcu yığıb qaytarmaqla mavi yanacağı vaxtında ala, daha davamlı və daha təhlükəsiz qaz təchizatını təmin edə bilərik. Digər tərəfdən "Azəriqaz" İB-nin çox sayda işçisi, xidməti sahələri var. Bunların hamısının saxlanılması, avadanlıqların yenilənməsi, dəyişdirilməsi böyük vəsait tələb edir".
Qurum rəsmisi qeyd edir ki, yekun olaraq "Azəristiliktəchizat"la noyabrın 14-də danışıqda belə razılıq əldə olundu ki, ayın 15-də "Azəriqaz" İB qazanxanalara qaz verəcək: "Amma bir şərtlə ki, bir həftə müddətinə sözügedən borc ödənilməlidir. Qarşı tərəf razılaşmaya əməl etməsə, qazanxanalara mavi yanacağın verilməsini dayandırmaq məcburiyyətində qalacağıq. Bütün bunların da məsuliyyəti qarşı tərəfin boynunda olacaq".