Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə günü yağış söz vermirlər

Bakı  - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Xəbərlərə abunə olun
Şənbə günü ölkə ərazisində əsasən yağmursuz keçəcək, bəzi yerlərdə isə şaxta olacaq.
BAKI, 12 noyabr — Sputnik. Azərbaycan ərazisində şənbə günü, noyabrın 13-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала