https://sputnik.az/20211111/yanardag-qorugunun-anbari-qaret-edilib-435085005.html
"Yanardağ" qoruğunun anbarı qarət edilib
"Yanardağ" qoruğunun anbarı qarət edilib
Sputnik Azərbaycan
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyaları oğurlanıb. 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T14:32+0400
2021-11-11T14:32+0400
2021-11-11T14:32+0400
"yanardağ"
cəmiyyət
oğurluq
https://cdnn1.img.sputnik.az/img/40485/39/404853904_0:155:2000:1280_1920x0_80_0_0_747dc32e24381207cfcc3b06f7f1200b.jpg
BAKI, 11 noyabr — Sputnik. "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından oğurluq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Məlumatda bildirilir ki, Abşeron Rayon Polis İdarəsinə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.Oğurluq hadisəsinin bu il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə törədildiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40485/39/404853904_259:0:1966:1280_1920x0_80_0_0_134cd3f0a36f5996a7a927722b126443.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"yanardağ", oğurluq
"Yanardağ" qoruğunun anbarı qarət edilib
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyaları oğurlanıb.
BAKI, 11 noyabr — Sputnik. "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından oğurluq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Abşeron Rayon Polis İdarəsinə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.
Oğurluq hadisəsinin bu il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə törədildiyi bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıblar.