https://sputnik.az/20211110/sumqayitda-zavodda-bas-veren-partlayisin-sebebi-aciqlanib-435050068.html
Sumqayıtda zavodda baş verən partlayışın səbəbi açıqlanıb
Sumqayıtda zavodda baş verən partlayışın səbəbi açıqlanıb
Sputnik Azərbaycan
Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi müəyyən olunub. 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T14:09+0400
2021-11-10T14:09+0400
2021-11-10T14:09+0400
sumqayıt
hadisə
https://cdnn1.img.sputnik.az/img/42211/19/422111954_0:0:1920:1080_1920x0_80_0_0_5a90541160ad9e5f6634c5cf6cf9d537.jpg
BAKI, 10 noyabr — Sputnik. Sumqayıtda ötən gün zavodda baş verən partlayışın səbəbi açıqlanıb.Sumqayıt Texnologiya Parkından (STP) Sputnik Azərbaycan-a bildirilib ki, noyabrın 9-u gecə saatlarında STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub", - STP-dən bildirilib.Qeyd edilib ki, STP Şirkətlər Qrupu üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması prioritet məsələdir. Bunun üçün şirkətdə ən müasir avadanlıqlar quraşdırılıb, texniki proseslər əməkdaşların sağlamlığını maksimum qoruyacaq formada tərtib olunur. Bütün bunlar Ətraf Mühit İdarəetmə və Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi sisteminin beynəlxalq standartlarını nəzərdə tutan İSO18001 sertifikatı ilə təsdiqlənib.Xatırladaq ki, dünən Sumqayıtda partlayışın baş verdiyi barədə yerli KİV-də məlumatlar yayılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42211/19/422111954_456:0:1896:1080_1920x0_80_0_0_2b96c6a2af950a973a610359001f0f6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sumqayıt
Sumqayıtda zavodda baş verən partlayışın səbəbi açıqlanıb
Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi müəyyən olunub.
BAKI, 10 noyabr — Sputnik. Sumqayıtda ötən gün zavodda baş verən partlayışın səbəbi açıqlanıb.
Sumqayıt Texnologiya Parkından (STP)
Sputnik Azərbaycan-a bildirilib ki, noyabrın 9-u gecə saatlarında STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.
"Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.
İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub", - STP-dən bildirilib.
Qeyd edilib ki, STP Şirkətlər Qrupu üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması prioritet məsələdir. Bunun üçün şirkətdə ən müasir avadanlıqlar quraşdırılıb, texniki proseslər əməkdaşların sağlamlığını maksimum qoruyacaq formada tərtib olunur. Bütün bunlar Ətraf Mühit İdarəetmə və Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi sisteminin beynəlxalq standartlarını nəzərdə tutan İSO18001 sertifikatı ilə təsdiqlənib.
Xatırladaq ki, dünən Sumqayıtda partlayışın baş verdiyi barədə yerli KİV-də məlumatlar yayılmışdı.