https://sputnik.az/20211109/rusiya-xn-ucterefli-beyanatin-icrasi-ile-bagli-aciqlama-yayib-435025676.html
Rusiya XİN "Üçtərəfli bəyanat"ın icrası ilə bağlı açıqlama yayıb
Rusiya XİN "Üçtərəfli bəyanat"ın icrası ilə bağlı açıqlama yayıb
Sputnik Azərbaycan
Rusiya XİN bəyan edib ki, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə iki ölkənin ictimaiyyət nümayəndələri... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T14:10+0400
2021-11-09T14:10+0400
2021-11-17T00:05+0400
rusiya
ermənistan
rusiya xarici işlər nazirliyi
azərbaycan və ermənistan arasında müharibə
üçtərəfli bəyanat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426504973_0:161:3071:1888_1920x0_80_0_0_31d1b8a2707c5b4bec02ba04355d5ec3.jpg
BAKI, 9 noyabr - Sputnik. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddəalara ümumilikdə riayət olunur.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış "Üçtərəfli bəyanat"ın ildönümünə həsr olunan bəyanatında qeyd olunub. Sözügedən bəyanatda deyilir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək göstərəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi məsələləri ilə bağlı bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş dinc təşəbbüsləri dəstəkləyəcəyik. Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq.Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq”, - Rusiya XİN-in bəyanatında deyilir.Rusiya xarici siyasət idarəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir.Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanılmasının vacibliyi vurğulanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426504973_170:0:2901:2048_1920x0_80_0_0_bc9eeaa5e206361d04cfefe5cf436210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, rusiya xarici işlər nazirliyi, azərbaycan və ermənistan arasında müharibə, üçtərəfli bəyanat, azərbaycan
ermənistan, rusiya xarici işlər nazirliyi, azərbaycan və ermənistan arasında müharibə, üçtərəfli bəyanat, azərbaycan
Rusiya XİN "Üçtərəfli bəyanat"ın icrası ilə bağlı açıqlama yayıb
14:10 09.11.2021 (Yenilənib: 00:05 17.11.2021) Rusiya XİN bəyan edib ki, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə iki ölkənin ictimaiyyət nümayəndələri arasında dialoqa dəstək verməyə hazırdır.
BAKI, 9 noyabr - Sputnik. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddəalara ümumilikdə riayət olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış "Üçtərəfli bəyanat"ın ildönümünə həsr olunan bəyanatında qeyd olunub.
Sözügedən bəyanatda deyilir:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək göstərəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi məsələləri ilə bağlı bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş dinc təşəbbüsləri dəstəkləyəcəyik.
Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq.
Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq”, - Rusiya XİN-in bəyanatında deyilir.
Rusiya xarici siyasət idarəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir.
Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanılmasının vacibliyi vurğulanır.