CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl bayram havası: 9 Noyabr yağmursuz keçəcək

© Sputnik / Murad OrujovBakıda Azərbaycan bayrağına bürülmüş şəxslər
Bakıda Azərbaycan bayrağına bürülmüş şəxslər - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək
BAKI, 8 noyabr — Sputnik. Azərbaycan ərazisində çərşənbə axşamı, noyabrın 9-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
Xəbər lenti
0