Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtda Zəfər Günü münasibətilə yürüş keçiriləcək

© Sputnik / Murad OrujovBakıda yürüş, arxiv şəkli
Bakıda yürüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək. Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi məlumata görə, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.
8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub:

"Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru "Zəfər Parkı"na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar "Azneft" dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub. Avtomobil sürücülərindən xahiş edirik ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik".

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən müharibəsində qəhrəmancasına vuruşan və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Xəbər lenti
0