Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş Prokurorluq hərbçinin zorakılğa məruz qalması iddiasına münasibət bildirib - VİDEO

© Official website of President of Azerbaijan RepublicBaş prokurorluğun avtomobilləri, arxiv şəkli
Baş prokurorluğun avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib.
BAKI, 5 noyabr — Sputnik. Baş Prokurorluq hərbi qulluqçunun Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması barədə yayılan videomüraciətə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.
"Həmin videomüraciətlə əlaqədar bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olan materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib", - məlumatda qeyd olunur.
Xəbər lenti
0