Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "MilliÖn" ödəmə terminalından on iki min manatın oğurlanması anı

© Photo : Facebook / MilliÖNMilliÖN ödəmə terminalı
MilliÖN ödəmə terminalı - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan "MilliÖn" ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib.
BAKI, 5 noyabr — Sputnik. Sabunçu rayonunda "MilliÖn" ödəmə terminalından 12 min manat və 600 dollar oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan "MilliÖn" ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib. Naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər - əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyevİbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər 3 şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Sabunçu Rayon Polis İdarəsi və DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Xəbər lenti
0