Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hansı şəxslərdən daha çox vergi tutulacaq?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulacaq.
BAKI, 3 noyabr — Sputnik. Bundan sonra Azərbaycanda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, həmin gəlir vergisinin dərəcəsi 2%-dir.
"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.5-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, həmçinin xam dərinin tədarükünü nəzərdə tutur.

Artıq ödənilmiş vergilərin qaytarılması asanlaşdırılır

Azərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması asanlaşdırılır.
Bu da Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan Məcəlləyə görə, geriyə ödəniş yazılı ərizəyə əsasən, 45 gün ərzində həyata keçirilir. Müvafiq qanun layihəsində isə yazılı ərizə tələbinin ləğv edilməsi öz əksini tapıb, geriyə ödənişin yalnız ərizə əsasında həyata keçirilməsi nəzərdə tutulub.
Eləcə də oxuyun:
* Vergini bu tarixədək ödəməsəniz...
* Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
* Gözəllik salonu və kosmetoloji mərkəzlərə kassa qoyulacaq - Yeni tələb
* Bu şəxslərə və ailə üzvlərinə vergi güzəştləri olacaq
Xəbər lenti
0