https://sputnik.az/20211103/bir-il-evvel-bu-gun-cebhede-ne-bas-verirdi--434833692.html
Bir il əvvəl bu gün: Cəbhədə nə baş verirdi?
Bir il əvvəl bu gün: Cəbhədə nə baş verirdi?
Sputnik Azərbaycan
Zəngilan rayonu istiqamətində Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin... 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T10:00+0400
2021-11-03T10:00+0400
2021-11-03T10:00+0400
qarabağ
ermənistan
müharibə
xocavənd
azərbaycan ordusu
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434709799_0:7:1000:570_1920x0_80_0_0_07d23df9915daef3acc0cfdb86930984.jpg
BAKI, 3 noyabr - Sputnik. 2020-ci il noyabrın 2-də gün ərzində və ayın 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olmuşdu.Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını sıradan çıxarıldı.Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edildi.Düşmən isə öz xislətindən əl çəkmir Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tuturdu.Zəngilan rayonu istiqamətində Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirildi.Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur oldu.Həmçinin Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edildi.Növbəti dəfə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində ağır itkilərə məruz qalaraq geri çəkildi.Bu dəfə isə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmağa başladı.Xocavənd istiqamətində gedən döyüşlərdə isə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur etdi.Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edildi.Günün ikinci yarısında isə düşmənin üç ədəd topu sıradan çıxarıldı.Ordumuz tərəfindən endirilən zərbələr bundan sonra da davam edəcəkdi. Düşmən üçün hələ qarşıda 6 ağır gün qalırdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434709799_120:0:880:570_1920x0_80_0_0_5e90a20029b5d3e11c40d313aaf94186.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, müharibə, xocavənd, azərbaycan ordusu, azərbaycan və ermənistan arasında müharibə
ermənistan, müharibə, xocavənd, azərbaycan ordusu, azərbaycan və ermənistan arasında müharibə
Bir il əvvəl bu gün: Cəbhədə nə baş verirdi?
Zəngilan rayonu istiqamətində Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirildi.
BAKI, 3 noyabr - Sputnik. 2020-ci il noyabrın 2-də gün ərzində və ayın 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olmuşdu.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını sıradan çıxarıldı.
Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edildi.
Düşmən isə öz xislətindən əl çəkmir Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tuturdu.
Zəngilan rayonu istiqamətində Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirildi.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur oldu.
Həmçinin Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edildi.
Növbəti dəfə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində ağır itkilərə məruz qalaraq geri çəkildi.
Bu dəfə isə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmağa başladı.
Xocavənd istiqamətində gedən döyüşlərdə isə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur etdi.
Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edildi.
Günün ikinci yarısında isə düşmənin üç ədəd topu sıradan çıxarıldı.
Ordumuz tərəfindən endirilən zərbələr bundan sonra da davam edəcəkdi. Düşmən üçün hələ qarşıda 6 ağır gün qalırdı.