Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml kibertəhlükəsizliklə bağlı Vaşinqtona mesaj göndərdi

© Sputnik / Алексей Майшев / Mediabanka keçidMoskvada Kremlə mənzərə, arxiv şəkli
Moskvada Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Peskov Rusiyanın kibertəhlükəsizlik sahəsində Vaşinqtonla təmasları davam etdirməyə ümid etdiyini bildirib.
BAKI, 1 noyabr — Sputnik. Moskva və Vaşinqton təmasları ən yüksək səviyyədə davam etdirməyə ehtiyac görür.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, bu, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər üzrə dialoq üçün vacibdir:

“Hesab edirik ki, həm ikitərəfli münasibətlərimiz, həm də daha geniş coğrafiyaya aid olan dialoqumuz baxımından yüksək səviyyədə təmaslar lazımdır”.

Kremlin sözçüsü, Rusiyanın kibertəhlükəsizlik sahəsində Vaşinqtonla təmasları davam etdirməyə ümid etdiyini də bildirib.
Hələ bu ilin sentyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Rusiya və ABŞ arasında kibertəhlükəsizliklə bağlı əməkdaşlıq edilə bilər.
"Rusiya və ABŞ kibertəhlükəsizlik məsələləri ilə bağlı yeni təmaslara hazırlaşır", - deyə o, bildirib.
Xatırladaq ki, iyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında Cenevrədə keçirilən görüş zamanı kibertəhlükəsizlik məsələsinə də toxunulmuşdu. Burada iki ölkə arasında kibertəhlükəsizliklə bağlı problemlərin həlli, bu sahədə əməkdaşlıq və seçkiyə virtual müdaxilə ittihamlarının səngidilməsi barədə razılıq əldə edilmişdi.
Ondan sonrakı dövrdə isə Sergey Lavrov bildirmişdi ki, prezidentlər Co Bayden və Vladimir Putinin Cenevrə görüşündən sonra Vaşinqtonun səsləndirdiyi bəyanatlar ABŞ liderinin danışıqlarda tutduğu mövqeyə heç də uyğun gəlmir.
Lavrov xatırlatmışdı ki, iki ölkə liderinin "açıq və konstruktiv" şəkildə keçmiş ünsiyyəti strateji sabitliyə dair predmetli dialoqa başlamaq razılaşması, nüvə müharibəsinin yolverilməz olduğunun təsdiqi, kibertəhlükəsizlik və bəzi digər məsələlər üzrə məsləhətləşmələrin zəruriliyinin anlayışı ilə bitib.
"Və yenə də danışıqlar bitəndən dərhal sonra səsləndirlimiş Vaşinqtonun keçmiş çeynənmiş mövqeyi çox nümayişkaranədir. Nəzərə alaq ki, "böyük qardaşın" əhvalını dəqiq qiymətləndirən Avropa paytaxtları dərhal fəal surətdə ona "züy tutmağa" başladılar. Çıxışların mahiyyəti: Moskva ilə münasibətləri normallaşdırmağa hazırıq, lakin əvvəlcə o davranışını dəyişməlidir", - Lavrov demişdi.
Həmçinin oxuyun:
Rusiya və ABŞ kibertəhlükəsizlik sahəsində yeni təmaslara hazırlaşır - Lavrov
Xəbər lenti
0