Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiyalı Rapunzel: saçının uzunluğu boyu qədərdir

Abunə olmaq
Sosial şəbəkə istifadəçilərinin rusiyalı Rapunzel adlandırdığı sibirli Anjelika Baranovanın boyu 160, saçının uzunluğu 155 santimetrdir.
Anjelika müsahibəsində bildirib ki, "Rus hörüyü" yarışında qalib gəldikdən sonra saçını daha da uzatmaq qərarına gəlib. O qeyd edib ki, uzun hörüklə yaşamaq həmişə rahat deyil: saçı tez-tez dolaşır və onu daramaq çox vaxt aparır. Lakin Anjelika çətin olsa da, müxtəlif saç düzümlərini öyrənib. Məsələn, iki hörük hörmək onun iki saat vaxtını aparır.
Baranova həmçinin etiraf edib ki, saçı yoldan keçənlərin diqqətini cəlb edir. Milyonlarla insanın onu TikTok-da izləməsi, həmçinin yarışlarda qələbə qazanması, şampun və saç üçün qulluq və kosmetika reklamı təklifləri onu çox sevindirir.
Xəbər lenti
0