https://sputnik.az/20211028/medeniyyet-nazirliyi-zefer-gunu-ile-bagli-tedbirler-kecirecek-434657359.html
Mədəniyyət nazirliyi Zəfər Günü ilə bağlı tədbirlər keçirəcək
Mədəniyyət nazirliyi Zəfər Günü ilə bağlı tədbirlər keçirəcək
Sputnik Azərbaycan
Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T10:12+0400
2021-10-28T10:12+0400
2021-10-28T10:32+0400
mədəniyyət
uşaqlar
tədbir
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425677327_0:0:3072:1728_1920x0_80_0_0_1765eee4ac2d29fb34cb13390b19fba9.jpg
BAKI, 28 oktyabr — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr 2021-ci il tarixində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə zəfər tədbirləri təşkil ediləcək. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə maraqlı konsertlər baş tutacaq.Qələbə notlarına köklənmiş proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" simfonik konserti, "Qarabağ şikəstəsi" Oratoriyası, "4.4" Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində "Havalansın Xanın səsi!" milli musiqi axşamı, "Jazz says Victory" adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Cavad xan" baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425677327_341:0:3072:2048_1920x0_80_0_0_128f302cb844976bb55c27d2c15506ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
uşaqlar, tədbir, zəfər günü
uşaqlar, tədbir, zəfər günü
Mədəniyyət nazirliyi Zəfər Günü ilə bağlı tədbirlər keçirəcək
10:12 28.10.2021 (Yenilənib: 10:32 28.10.2021) Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq
BAKI, 28 oktyabr — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr 2021-ci il tarixində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə zəfər tədbirləri təşkil ediləcək. Nazirlikdən
Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.
Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə maraqlı konsertlər baş tutacaq.
Qələbə notlarına köklənmiş proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" simfonik konserti, "Qarabağ şikəstəsi" Oratoriyası, "4.4" Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində "Havalansın Xanın səsi!" milli musiqi axşamı, "Jazz says Victory" adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Cavad xan" baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.
Nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.
Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.