Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Kimlər bizim seriallara baxır və xarici məhsullarla rəqabət varmı?

© Sputnik / Murad OrujovTelevizor pultu, arxiv şəkli
Televizor pultu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Pandemiya dövründə teleserialların istehsalı bazarında nə baş verir, onların real reytinqləri necədir, tamaşaçı auditoriyasının ehtiyacları nədir? - Rejissorlar cavab verirlər.
Oktyabrın əvvəlində yerli telekanallar yeni televiziya mövsümünü açıblar. Yenilər arasında məşhur seriallar da var. Tənqidçilərə görə, tamaşaçıların Azərbaycan seriallarına marağının artmasına rəğmən, bir sıra çəkilişlərin keyfiyyəti hələ də tamaşaçının gözləntilərini doğrultmur.
Məlumata görə, pandemiyadan əvvəl 2019-cu il üçün prodüser qrupları telekanallardan 7 milyon 800 min manat alıblar ki, bunun da 7 milyon 450 min manatı (ümumi məbləğin 95 faizi) teleserialların istehsalına xərclənib. Eyni zamanda, yerli serialların istehsalına xərclənən vəsaitin 90 faizini dövlət və ya kommersiya strukturları tərəfindən subsidiya almayan üç özəl telekanal verib.
Pandemiya dövründə teleserialların istehsalı bazarında nə baş verir, onların real reytinqləri necədir, tamaşaçı auditoriyasının ehtiyacları nədir və digər mövzular 28 oktyabr, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan teleseriallarının iki məşhur rejissoru Ramin Hacıyev və Rüfət Şahbazovun diqqət mərkəzində olacaq.
Spikerə sualları əvvəlcədən i.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.
Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.
Əlaqə:
Telefon: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0