Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Alek Bolduin ilk dəfə çəkiliş zamanı kinooperatoru necə öldürdüyünü açıqlayıb

© REUTERS / Carlo AllegriAlek Bolduin
Alek Bolduin - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Alek Bolduin Vermont ştatında onu izləyən paparatsiyə bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir.
BAKI, 31 oktyabr — Sputnik. Amerikalı aktyor Alek Bolduin ilk dəfə kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə danışıb.
Qeyd edək ki, Xatçins oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı Bolduinin açdığı atəş nəticəsində ölüb.
SNN telekanalının yaydığı məlumata görə, A. Bolduin Vermont ştatında onu izləyən paparatsiyə bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir.
Aktyorun sözlərinə görə, son 75 ildə çoxlu sayda filmlər və teleşoular çəkilib. Bu filmlərdə və teleşoularda n qədər güllə atılıb? Lakin hər hansı bədbəxt hadisə baş verməyib.
"Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi", - deyə Bolduin bildirib.
Yenə də silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan Bolduin “Pas” (Rust) filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də deyib. Ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini bildirib.
İstintaq hələ ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.
Qeyd edək ki, oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı A. Bolduin ona verilən və gerçək güllə qoyulmadığı bildirilən tapançadan atəş açıb. Nəticədə filmin kinooperatoru Qalina Xatçins ölüb, rejissor C. Souz yaralanıb.
27.10.21, 23:33
Alek Bolduinin mətnini səsləndirdiyi filmin premyerası niyə təxirə salınıb?
ABŞ-ın Flint şəhərinin ekoloji problemlərinə həsr olunmuş, Alek Bolduinin mətnini səsləndirdiyi sənədli filmin premyerası ötən həftə aktyorun iştirakı ilə baş verən ölüm hadisəsi səbəbindən təxirə salınıb.
"Rast" vesternində rol alan Bolduinin filmin epizodunun çəkilişi zamanı atəş açdığı tapança səhvən boş patronlarla deyil, həqiqi patronlarla doldurulub. Atəş nəticəsində operator Qalina Hatçins həlak olub, rejissor Coel Souza isə ağır yaralanıb.
"Bu yaxınlarda baş verən faciəvi hadisələrə hörmətlə yanaşaraq biz "Flint: Kimə güvənə bilərsən?" filminin premyerasını təxirə saldıq. Şəhər sakinlərin hekayələrinin eşidilməsi mənim üçün önəmlidir və biz mütləq bu filmi daha sonra təqdim edəcəyik", - deyə quruluşçu Entoni Bakster Twitter səhifəsində qeyd edib.
Rotten Tomatoes saytının məlumatına görə, ABŞ-ın Flint şəhərinə həsr olunmuş filmin premyerası oktyabrın 29-da baş tutmalı idi.
Xəbər lenti
0