https://sputnik.az/20211025/ombudsman-bolqaristan-resmisini-ermenistanin-cinayetleri-ile-bagli-melumatlandirib-434558382.html
Ombudsman Bolqarıstan rəsmisini Ermənistanın cinayətləri ilə bağlı məlumatlandırıb
Ombudsman Bolqarıstan rəsmisini Ermənistanın cinayətləri ilə bağlı məlumatlandırıb
Sputnik Azərbaycan
Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib. 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T14:10+0400
2021-10-25T14:10+0400
2021-10-25T14:10+0400
cəmiyyət
görüş
bolqarıstan
ombudsman
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_0:54:1025:630_1920x0_80_0_0_6280b6938e987b771ae1d7ea6c6c2d09.jpg
BAKI, 25 oktyabr — Sputnik. Ombudsman Aparatında Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib.Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib.Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, Ağdam və Tərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_56:0:967:683_1920x0_80_0_0_c3fc76a5e4386989907961f6aba70d16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
görüş, bolqarıstan, ombudsman
görüş, bolqarıstan, ombudsman
Ombudsman Bolqarıstan rəsmisini Ermənistanın cinayətləri ilə bağlı məlumatlandırıb
Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.
BAKI, 25 oktyabr — Sputnik. Ombudsman Aparatında Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı Ombudsman
Səbinə Əliyeva qonaqları salamlayaraq iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib.
Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.
Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.
Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.
A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, Ağdam və Tərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.