CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftəsonu toylarda cərimələnənlərin sayı açıqlanıb

© Sputnik / Rahim MuradovLənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı
Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Bakı şəhərində və respublika ərazisində 198 toy şənliyinin monitorinqi həyata keçirilib.
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 23-24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 198 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 56 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 65 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 059 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına əsasən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Xəbər lenti
0