Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

İnfoqrafika: Azərbaycan niyə öz torpaqlarını hərbi yolla azad etdi – sorğu

Abunə olmaq
Media Təhlil Mərkəzi Azərbaycan-Ermənistan münaqişəsinin növbəti qaynar mərhələsinin başlamasının səbəbini müyyən etmək məqsədilə əhali arasında sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.
BAKI, 22 oktyabr — Sputnik. 2020-ci ildə erməni tərəfinin təxribatına cavab olaraq Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması uğrunda hərbi əməliyyatlara başladı. Bakı atdığı hərbi-siyasi addımlar nəticəsində ölkəmizin Qarabağ regionunun ermənilər tərəfindən işğal olunmuş hissələrində nəzarəti yenidən ələ aldı.
Döyüşlər ərəfəsində və hərbi əməliyyatlar dövründə insanlar arasında qələbəyə inam hissi və güclü milli birlik müşahidə olunurdu. Və bu gün, hərbi əməliyyatların başa çatmasından təxminən bir il sonra azərbaycanlıların aşağıdakı məsələ ilə bağlı fikri maraq doğurur: Azərbaycan-Ermənistan münaqişəsinin növbəti qaynar mərhələsinin başlamasına nə səbəb oldu?
Media Təhlil Mərkəzi bu sualın cavabını müyyənləşdirmək üçün əhali arasında sorğu keçirib. 900-dən çox respondent üç səbəb göstərib: Ermənistanın siyasi rəhbərliyi, xarici amillər, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi.
Sorğunun nəticəsi barədə daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.
Xəbər lenti
0