Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elmar Vəliyevin işi ilə bağlı həbs edilənlərdən birinin cəzası 18 ildən 5 ilə endirildi

© Photo : APA Elmar Vəliyev
 Elmar Vəliyev - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Xəbərlərə abunə olun
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E. Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib.
BAKI, 22 oktyabr — Sputnik. "Gəncə hadisələri" ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. O bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib. Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Sözügedən hadisə ilə bağlı saxlanılmış Oqtay Hüseynzadə Abbas Abbasovun da cəzası azaldılıb. Belə ki, O.Hüseynzadənin cəzası 18 ildən 10 ilə, Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib. Təqsirləndirilən şəxslərdən Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin - Elşən Məmmədov Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E.Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.
Onu da bildirək ki, sözügedən şəxslər Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunublar. Elmar Vəliyevə qarşı sui-qəsd terror aktı kimi qiymətləndirilib. Hadisəni törədən şəxs – Yunis Səfərov isə bildirib ki, icra başçısı əhaliyə zülm elədiyinə və yuxarı dövlət orqanları onunla bağlı şikayətlərə baxmadığına görə ondan qisas almaq məqsədilə E.Vəliyevə sui-qəsd edib.
Eləcə də oxuyun:
* Xidmət rəisi 6 milyon manatı dövlətə qaytardı
* Baş Prokurorluq on yaşlı Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara cavab verdi
* Bakıda gəlinini öldürərək meyitini doğrayan şəxsə hökm oxunub
* Vilyam Hacıyev reanimasiyaya yerləşdirilib
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала