https://sputnik.az/20211020/putin-ve-bayden-yeniden-gorusecek-kreml-melumat-yaydi-434405900.html
Putin və Bayden yenidən görüşəcək? Kreml məlumat yaydı
Putin və Bayden yenidən görüşəcək? Kreml məlumat yaydı
Sputnik Azərbaycan
Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T15:48+0400
2021-10-20T15:48+0400
2021-10-20T15:52+0400
prezident
rusiya
vladimir putin
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
putin
rusiya federasiyasının prezidenti vladimir putin
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231401_0:0:3072:1728_1920x0_80_0_0_dbc480aac7b749519d7d91041f4d3d49.jpg
BAKI, 20 oktyabr — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş baş tuta bilər.Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub. Onlar format və müddətə dair konkretləşəndə biz sizi məlumatlandıracağıq", - deyə Peskov bildirib.Rusiya və ABŞ prezidentlərinin bu il görüş imkanını şərh edən Peskov deyib: "Bu və ya digər formatda olduqca realdır. Biz sizi məlumatlandıracağıq".Qeyd edək ki, Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.Rusiya - ABŞ birgə bəyanatıÇərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.Bəyanatın əsas məqamları:"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər.Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231401_253:0:2984:2048_1920x0_80_0_0_98b047b78db763dc363d6da9beb276e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, vladimir putin, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, putin, rusiya federasiyasının prezidenti vladimir putin, co bayden
prezident, vladimir putin, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, putin, rusiya federasiyasının prezidenti vladimir putin, co bayden
Putin və Bayden yenidən görüşəcək? Kreml məlumat yaydı
15:48 20.10.2021 (Yenilənib: 15:52 20.10.2021) Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub.
BAKI, 20 oktyabr — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş baş tuta bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub. Onlar format və müddətə dair konkretləşəndə biz sizi məlumatlandıracağıq", - deyə Peskov bildirib.
Rusiya və ABŞ prezidentlərinin bu il görüş imkanını şərh edən Peskov deyib: "Bu və ya digər formatda olduqca realdır. Biz sizi məlumatlandıracağıq".
Qeyd edək ki, Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.
Rusiya - ABŞ birgə bəyanatı
Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.
Bəyanatın əsas məqamları:
"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər.
Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.
Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".