Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elnur Əşrəfoğlu Sarayda dəfn edildi

Elnur Əşrəfoğlu - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Xəbərlərə abunə olun
Dəfndə mərhumun yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
BAKI, 20 oktyabr - Sputnik. Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.
Dəfndə mərhumun yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.
19.10.2021, 19:15
Elnur Əşrəfoğlu dünyasını dəyişdi
Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya jurnalistin qardaşı Rəşad Şükürov məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu.
"Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumatı təsdiqləyib.
"Yeni Klinika"nın yaydığı açıqlamada isə bildirilib ki, həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib.
Allah rəhmət etsin!
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала