Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda vaksinasiya

Abunə olmaq
Azərbaycan peyvənd olunmuş vətəndaşların sayına görə postsovet məkanında liderdir, bununla yanaşı, 2022-ci ildə COVID-19 əleyhinə preparatların yeni partiyasının alınması da planlaşdırılır.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan MDB ölkələrinin vaksinasiya tempinə görə reytinq cədvəlində birinci yeri tutur. 2021-ci il yanvarın 18-dən üzü bu yana ölkədə 9,1 milyon doza vaksindən istifadə olunub.
Bu müddət ərzində əhalinin 49 faizi koronavirusa qarşı peyvənd olunub. Bununla belə, COVID-19 əleyhinə peyvəndin ikinci dozasını əhalinin yalnız 41 faizi vurdurub.
Azərbaycanda peyvəndin əlavə dozasının tətbiqinə də başlanılıb. Bu doza əsasən, tibb işçiləri, 60 yaşdan yuxarı şəxslər, eləcə də xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün tövsiyə olunur.
Ölkədə artıq 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası da aparılır. Ancaq bu zaman müəyyən şərtlər irəli sürülür. Azyaşlılar COVID-19-a qarşı yalnız RNT texnologiyası əsasında hazırlanmış "Pfizer" peyvəndi ilə vaksinasiya oluna bilərlər. Bundan başqa, bu barədə müvafiq tibbi göstəriş və hər iki valideynin razılığı tələb olunur.
Koronavirusa qarşı əlavə dozanın tətbiqi, eləcə də, bu prosesin daha geniş əhali kütləsini əhatə etməsi hökumətin qarşısında peyvənd preparatlarının yeni partiyasının alınması tapşırığını qoyub. Hazırda ölkəyə gətirilmiş peyvənd preparatlarının həcmi 13 milyon dozadan çoxdur. Gələn il daha 5 milyon doza, həmçinin 300 min doza "Sputnik V" peyvəndinin alınması nəzərdə tutulub.
Ölkədə aparılan vaksinasiya prosesi ilə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.
Xəbər lenti
0