Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

COVID pasportunuz yoxdursa, toya getməyin!

© AFP 2023 / LENNART PREISSKoronavirus pasportu, arxiv şəkli
Koronavirus pasportu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib
BAKI, 19 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 18-də Bakı şəhərində və respublikanın digər ərazilərində 69 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, monitorinqlər 56 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.
COVID-19 pasportu olmadığına görə 163 nəfər toy şənliklərinə buraxılmayıb.
Xəbər lenti
0