Планета Земля - Sputnik Azərbaycan, 1920
DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə lirəsi dollara qarşı tarixi minimuma geriləyib

© AFP 2021 / YASIN AKGULTürkiyə lirəsi, arxiv şəkli
Türkiyə lirəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Xəbərlərə abunə olun
Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18 TL/USD-dək geriləyib.
BAKI, 18 oktyabr — Sputnik. Bugünkü hərraclar zamanı Türkiyə lirəsinin dollara qarşı məzənnəsi ötən bir həftə ərzində dördüncü dəfədir tarixi minimumu yeniləyərək 9,28 TL/USD-dək geriləyib. Sputnik Azərbaycan xəbər verir ki, hələ iyun ayından bərqərar olmuş 8,81 TL/USD-lik tarixi minimum məzənnəsi sentyabrın 23-də Mərkəzi Bank tərəfindən faiz dərəcəsi 19-dan 1 faizədək azaldıldıqdan sonra azalmağa başlayıb. Bu il martın 18-də faiz dərəcəsi 17-dən 19-dək artırıldıqdan sonra Mərkəzi Bankın sədri Naci Agbal istefaya göndərilmişdi.
Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18 TL/USD-dək geriləyib.
Ekspertlərə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ölkədə inflyasiyanın artmasını yüksək faiz dərəcəsi ilə əlaqələndirərək dərəcənin azaldılması üçün Mərkəzi Banka təzyiq göstərir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала