Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qafqazda yeganə: Şamaxı Safari Parkı

Abunə olmaq
Böyüklüyünə, eləcə də heyvanlarının sayı və növünün çoxluğuna görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə və tək hesab edilən Şamaxı Safari Parkından maraqlı məlumat və görüntülər videomuzda.
Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. O, ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Azərbaycanın müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.
Safari parkın turizm üzrə koordinatoru Leyla Əliyeva Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, park 2017-ci ilin oktyabrında açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Hazırda isə ziyarətçilər safari parka gələ bilərlər. Bura ərazisinin böyüklüyünə, heyvanların növ zənginliyinə, yaxın məsafədən heyvanları müşahidə etmək imkanına görə Qafqazın ən böyük safari parkı adlandırıla bilər.
Leyla Əliyeva əlavə edib ki, parkın yaradılmasının səbəbi belə bir möhtəşəm təbiəti, canlıları insanların da görməsinə imkan yaratmaqdır: "Safari parkın məqsədi insanlarda heyvanlara sevgini aşılamaq, insanla heyvanın yaxın ünsiyyət qurmasına imkan yaratmaqdır. Avropada, Amerikada vəhşi təbiətdən olan heyvanlar insanların yaşadığı ərazilərə gələ bilirlər. Çünki onların insan qorxusu yoxdur. Onlar insana təhlükə kimi baxmırlar. Amma bizdə belə deyil. Odur ki bizdə də vəhşi canlılara yanaşma bir az dəyişməlidir".
Parkda qiymətlərə gəlincə, “Safari car - 2 per.” (2 nəfərlik safari maşın),“Offroad car - 4 per.” (4 nəfərlik offroad maşın) fərdi tur biletinin qiyməti - 100 AZN, “Safari car - 3 per.” (3 nəfərlik safari maşın), “Offroad car - 6 per.” (6 nəfərlik offroad maşın) fərdi tur biletinin qiyməti - 150 AZN-dir.
Xatırladaq ki, safari park vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb.
IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı ilə bağlı fikirlərini bölüşürlər.
Xəbər lenti
0