Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Birdir bizim halımız, bayraqlarda hilalımız" - Qardaş ölkə xalqımızı təbrik edib

© AP Photo / Burhan OzbiliciTürkiyə və Azərbaycan bayraqları olan tablo, arxiv şəkli
Türkiyə və Azərbaycan bayraqları olan tablo, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Xəbərlərə abunə olun
Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı və Türkiyə səfirliyi də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizi təbrik edib.
BAKI, 18 oktyabr — Sputnik. Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, "Twitter" səhifəsindəki paylaşımda deyilir:
"Birdir bizim halımız, bayraqlarda hilalımız".
Bundan başqa, Türkiyə səfirliyi də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizi təbrik edib.
Təbrikdə deyilir:
"Kədər, əzab və göz yaşı. 20 Yanvar qətliamı, Xocalı soyqırımı və işğallar. Şərəfli mübarizə və müstəqillik. Uğur və daim rifah içində yaşa, Azərbaycan. Müstəqilliyinin bərpasının otuzuncu yaşı mübarək olsun".
"Dost və qardaş ölkə olan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edirik".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "twitter" hesabında edilən paylaşımda bildirilib.
"Azərbaycanlı türk qardaşlarımıza bir və bərabər olduğumuz neçə gözəl sabahlar arzulayırıq", - paylaşımda qeyd olunub.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала